Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

MEXANİKA VƏ TEXNOLOJİ MAŞINLAR KAFEDRASI

Mexanika və texnoloji maşınlar kafedrası
Son dəyişiklik:

 

 

KAFEDRA MÜDİRİ:  VƏLİYEV NAZİM TALIB OĞLU
  1943,iyulun 13 Azərb. Respub.,Tovuz rayonu,Aşağı Eyyublu kəndi 
  Xarkov Aviasiya İnstitutu
  Texnika elmləri namizədi,dosent
   
   

       Kafedra haqqında qısa məlumat.Kafedrada aşağıdakı iki ixtisas üzrə kadr hazırlığı həyata keçirilir: 050625 – “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” və 050611 – “Metallurgiya mühəndisliyi” (bu ixtisasa qəbul 2014-cü ildən başlanmışdır).Kafedrada 38 fənn bakalavriat və 10 fənn magistratura təhsil səviyyələrində tədris olunur. İxtisas fənlərindən başqa, kafedra bütün digər ixtisaslar üçün  ümumtexniki və digər peşə hazırlığı fənlərini də tədris edir.Belə ki,ixtisas fənlərinin sayı 25,ümumtexniki və digər fənlərin sayı isə - 23 –dür.İxtisaslar tədris proqramları ilə fənlər isə fənn proqramları ilə təmin ediliblər.Tədris olunan ixtisas fənlərindən: Yeyinti istehsalının prosesləri və aparatları, Yeyinti istehsalının avtomatları və axın xəttləri, Yeyinti istehsalının texnologiyası və avadanlıqları, Yeyinti istehsalının texnoloji avadanlıqları,Metallurji sobalar,Kristalloqrafiya və rentqenoqrafiya, Metalşünaslıq və texniki emal, Metallurgiya , Metallurji proseslər nəzəriyyəsi, ümumtexniki və digər peşə hazırlığı fənlərindən isə - Tətbiqi mexanika, Nəzəri mexanika, Materiallar müqaviməti, Mühəndis qrafikası, Tərsimi həndəsə, mühəndis və maşın qrafikası, İstilik texnikası. Hidravlika və hidravlik maşınlar, Əmək mühafizəsi və digərlərini göstərmək olar.Fənlər tədris vəsaitləri ilə təmin edilib.Onu demək kifayyətdir ki, 2000-2017 –cı illərdə yalnız kafedra professor-müəllim heyyəti tərəfindən 42 adda dərsliklər,dərs vəsaitləri və metodik göstərişlər dərc edilmişdir.

            Kafedranın iki elmi istiqaməti var.Bunlardan biri “Müştəriyə yönəlmə Proqramı” çərçivəsində metallurgiya sahəsi,digəri isə yeyinti maşınları sahəsindədir.Metallurgiya sahəsindəki iş “Det-Al Alüminium”Kompleksi ilə müqavilə əsasında aparılan “Müasir fasiləsiz tökmə maşınlarında alüminium ərintilərindən alüminium vərəq tökərkən kristallaşma zonasından əvvəl eninə kəsiklər boyunca maye alüminiumun temperaturunun bərabər paylanmasını təmin edən kristallaşdırıcının layihələndirilməsi” adlı iş. Digər iş isə - “Duru yarımfabrikatlar üçün qarışdırıcının kontruksiyasının optimal parametrlərinin əsaslandırılması”işidir.

           Kafedra  əməkdaşları (müəllim, laborant  heyyəti , tutduqları vəzifə).

  1.             Vəliyev Nazim Talıb oğlu – dosent, 0,5 ştat;
  2.              Abbasov Tahir Baba oğlu – dosent, 0,5 ştat;
  3.              Əsgərov Arif Zülfiqar oğlu - dosent, 0,75 ştat;
  4.             Cəfərov Musa Hümbət oğlu - dosent, 1,0 ştat;
  5.             Əmiraslanova Nigar İsmayıl qızı - dosent, 0,5 ştat;
  6.             Axund-zadə rəna Məmməd-Yusif ğızı - dosent, 0,75 ştat;
  7.              Əsgərov Namiq Rza oğlu - dosent, 0,5 ştat;
  8.             Məlikov Əhməd Qulu oğlu - dosent, 0,75 ştat;
  9.              Verdiyev Bəhram Zülfi oğlu - dosent, 0,75 ştat;
  10.             Məmmədov Fazil Muxtar oğlu – dosent əvəzi, 0,75 ştat;
  11.              Qasımov Rövşən Fazil oğlu - dosent əvəzi, 1,0 ştat;
  12.              Kərimov Nazim Əzim oğlu – baş müəllim, 0,5 ştat;
  13.              Əli-zadə Akif Əkbər oğlu - baş müəllim, 0,75 ştat;
  14.             Vəliyev Natiq Qulam oğlu - baş müəllim, 0,5 ştat;
  15.             Əliyev Rafiq Salih oğlu - baş müəllim, 1,0 ştat;
  16.              Əliyev Alim Dəmir oğlu - baş müəllim, 0,5 ştat;
  17.             Nuriyev Qabil Əmiraslan oğlu - baş müəllim, 0,5 ştat;
  18.             Hümbətov Yusif Mustafa oğlu - baş müəllim, 0,5 ştat;
  19.             Ələkbərov Afiq Yusif oğlu - baş müəllim, 0,5 ştat;
  20.             Ramazanov Ədalət Məcid oğlu

Texniki heyyət:

  1. Babayev Cavad İbad oğlu - laboratoriya müdiri;
  2. Əliyeva Lamiyə Məzahir ğızı- laboratoriya müdiri;
  3. Hüseynova Səbinə İlham ğızı-baş laborant;
  4. Tağıyeva Mənsurə Bahadur qızı-baş laborant;
  5. Həsənova Sevinc Murad qızı-operator.
Yuxarı
  • Developed by: Ayaz Askerov