Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Ekologiya mühəndisliyi kafedrası

Ekologiya mühəndisliyi kafedrası
Son dəyişiklik:

 

 

Kafedra müdiri: Məmmədov Elşad  Ərşad oğlu 

Kafedra lifli materialların texnolo­giyası kafedrasında tədris olunan əmək və ətraf mühitin mühafizəsi, əmək mühafizəsi fənləri və mülki   müdafiə bölməsinin bazasında 1991-ci ildə yaradılmışdır.
XX əsrin sonlarında ekoloji problemlərin kəskin xarakter alması bu kafedranın yaranmasına rəvac vermişdir. Kafedrada 2003-cü ilə qədər yalnız üç fənn- ekologiya, mülki müdafiə və əmək mühafizəsi fənləri tədris olunurdu.
      2003-cü ildə ətraf mühitin mühəndis mühafizəsi və 2004-cü ildə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması ixti­sasları açıldıqdan sonra HFT kafedrası ixtisas kafedrasına çevrilmiş­dir.Artıq bu ixtisasların 5 buraxılışı olmuşdur. Hazırda bu ixtisasların adı dəyiş­dirilərək ekologiya mühəndisliyi olmuşdur.
Kafedrada 29 fənn tədris olunur.
      Kafedraya 1991-ci ildən 1997-ci ilə qədər dosent Sadıqov Tarıyel Əhməd oğlu rəhbərlik etmişdir. O, bu kafedrada 2002-ci ilə qədər səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və əmək mühafizəsi və ekologiya fənlərinin tədrisinə dair bir sıra dərs vəsaiti və metodik vəsaitlərin müəllifi olmuşdur. Bu kafedranın yaranmasında və formalaşmasında böyük əməyi olmuş Tarıyel Sadıqov 2005-ci ildə vəfat etmişdir.
        Kafedra tərəfindən elmi-pedaqoji kadrların yetişdirilməsi də uğurla həyata keçirilir. Hazırda kafedrada iki aspirant öz elmi-tədqiqat işlərini yerinə yetirməkdədir. Kafedranın uyğun ixtisası üzrə üç magistr təhsilini davam etdirir. HFT kafedrasının əsas elmi istiqamətini yüngül və qida sənayesi müəssisələrinin ətraf mühitə təsirlərinin tədqiqi və bu təsirlərin aradan qaldırılması yollarının araşdırılması təşkil edir. Hazırda kafedrada «Yüngül və qida sənaye çirkablarının təmizlənməsi üsullarının tədqiqi» mövzusunda dövlət büdcəli elmi-tədqiqat işi yerinə yetirilir.
 Kafedranın tərkibi:    
Elmlər namizədi, dosent:  5
Elmlər namizədi, dosent əvəzi:  2
Baş müəllim:  2
Assistent:  4
Tədris köməkçi heyəti:  3 


 Kafedrada tədris olunan fənlər:    
Kafedrada 29 fənn tədris olunur.

  • Ekologiya
  • Sənaye ekologiyası
  • Mülki müdafiə
  • Tullantısız və aztulantılı texnoloji proseslər
  • Ümumi ekologiya
  • Ekoloji proqnozlaşdırmanın əsasları
  • Təbiətdən istifadənin hüquqi əsasları
  • Ekotoksikologiya
  • Ekoloji nəzarət cihazları
  • Sənaye tullantılarının emalı
  • Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi
  • Sənaye müəssisələrində ətraf mühitin mühafizəsi
  • Ekoloji monitorinq
  • Mühəndis ekologiyasının əsasları

     
Kafedranın elmi istiqaməti:    Ətraf mühitə qida və yüngül sənaye müəssisələrinin təsiri
Tədris laboratoriyaları:    
Kafedrada əmək mühafizəsi laboratoriyası 
İki xüsusiləşdirilmiş auditoriya  
«Göy-Gölün ekoloji monitorinqi» elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 
     
Kafedra tərkibindəki müəllimlər:    

 KAFEDRANIN   PROFESSOR  MÜƏLLİM  HEYƏTİ

Əliyev Nazim Fərman oğlu                                     dosent       
Məmmədov Davud Mövsüm oğlu                        dosent.                     
 Kəsəmənli Elmira Yusif qızı                                  dosent     
 Həsənova Rahilə Yunis qızı                                  baş müəllim                
 Məmmədova Bəyim Hüseyn qızı                                           
 Məmmədov Elşad  Ərşad oğlu                              dosent          
 Hüseynova  Sevil Hüseyn qızı                                   
 Məmmədova Laura Davud qızı                             magistr         

Yuxarı
  • Developed by: Ayaz Askerov