Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Davamlı inkişaf mərkəzi

Əmənov Rauf Rizvan oğlu

 

Davamlı inkişaf mərkəzinin direktoru – Əmənov Rauf Rizvan oğlu

18 aprel 1980-ci ildə Cəlilabad rayonunda anadan olub. 1998-ci ildə orta təhsilini başa vuraraq Gəncə Dövlət Universitetinin Coğrafiya ixtisasının əyani şöbəsində təhsilini davam etdirib. 2002-ci ildə bu fakültəni bakalavr dərəcəsi ilə bitirib. 2003-cü ildə hərbi hərbi xidməti başa vurub. 2003/2010-cu illərdə özəl orta təhsil müəssisələrində coğrafiya müəllimi kimi fəaliyyət göstərib.

2011/2013- cü illərdə  Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsi”ndə kiçik elmi işçi kimi fəaliyyət göstərib.

2012-ci ildən “Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası şöbəsi”nin doktorantıdır.

2013-cü ildən Coğrafiya İnstitutunun  nəzdində “Coğrafi İnformasiya Sistemləri” adlı mərkəzə rəhbərlik edib.

2012-ci ildən "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Milli Aviasiya Akademiyasının “Aviasiya meteorologiyası” kafedrasında “Hidrometeorologiyada Coğrafi İnformasiya Sistemləri” adlı fənni tədris edib.

Elmi tədqiqat fəaliyyəti ilə məşğul olduğu müddətdə (2010-2015) aşağıdakı elmi-tədqiqat layihələrində iştirak edib.

1. Azərbaycan Respublikası Prezidenti  yanında Elmin İnkişaf Fondunun maliyyə dəstəyi ilə XәzәrdәnizininAzәrbaycan sahil zonasının idarәçiliyinin üçölçülü CİS modelinin işlәnilmәsi (Samur-Şabran sahәsiüzrә)” : 2011-2012. iştirakçı -  CİS mütəxəssisi

2. Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KreditanştaltfürVideraufbau, FrankfurtamMain ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində  “Samur - Yalama Milli Parkının yaradılması”  : 2012-2013. İştirakçı -  CİS mütəxəssisi

3. SOCAR “Elm Fondu” tərəfindən maliyyələşdirilən: “Xəzər dənizinin kompleks hidrometeoroloji atlasının yaradılması” 2013-2014. İştirakçı – CİS mütəxəssisi

4. SOCAR “Elm Fondu” tərəfindən maliyyələşdirilən: “Azərbaycan Respublikası ərazisində Günəş enerjisinin paylanmasının  GİS mühitində informasiya bazasının yaradılması və Günəş batareyalarının yerinin və yönünün relyefin kölgə effekti də nəzərə alınaraq optimal seçilməsi”2013- davam edir. İştirakçı. CİS mütəxəssisi

5. Fatih universitetində Arc GIS 10.0 proqram təminatının elmi-tədqiqatimkanlarının öyrənilməsi, İştirakçı, Sertifikat   5-15.11.2012, İstanbul, Türkiyə

6. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi 2014-ci il üçün 4-cü qrant müsabiqəsində qısamüddәtli elmi tәcrübәkeçmә (QMTK) xarakterli layihәlәrüzrә“Əhali məskunlaşmasının Arc GİS proqram təminatı imkanlarından istifadə edərək öyrənilməsi”. London, Edinburq. 2014. Layihə rəhbəri.

7. KocksConsultGmbH (Almaniya): ‘Cənubi Qafqaz Boru kəmərinin Genişləndirilməsi Layihəsi’ (SCPX), Ətraf mühitin monitorinqi: CİS mütəxəssisi: Müasir tematik xəritələrin hazırlanması və çöl-tədqiqat məlumatlarının analizi. May 2015-dən  bu günə qədər.

Hazırda 7 elmi məqalənin müəllifidir.

Ailəlidir. 2 övladı var.

Yuxarı
  • Developed by: Ayaz Askerov