Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Marketinq kafedrası

Son dəyişiklik:

 

 

   Kafedra müdiri:       Məmməd Hacıyov oğlu Urkayev

      iqtisadiyyat üzrə fəlsəfə doktoru
•    Vəzifəsi – Dosent
•    Tədris etdiyi fənnlər – “Marketinq”,  “Əməliyyat marketinqi”, “Logistika”
•    Elmi istiqaməti:  – İqtisadiyyatın müxtəlif sahələri
•    Elmi pedaqoji staj – 24
•    Elmi əsərlərin sayı – 37
•    E-mail: urkayev.memmed@mail.ru

Azərbaycanın bazar iqtisadiyyatı şəraitində yaşadığı bir zamanda düzgün marketinq prinsipləri haqqında biliklərə yiyələnməsi və onların tətbiq edilməsi zəruridir. Marketinq sadəcə biznes funksiyası deyil, ümumiyyətlə bir düşüncə tərzi və bazar iqtisadiyyatının dayağıdır. Bundan əlavə kompüter, kommunikasiya və nəqliyyat texnologiyalarında baş verən irəliləyişlər dünyanı daha kiçik bir məkana çevirdiyindən marketinq qlobal bazarlarda səmərəli rəqabət arzusunda olan şirkətlər və ölkələr üçün son dərəcə zəru­ridir. Məhz bu mənada bizim qarşımızda çox böyük bir vəzifə durur, yüksək səviyyəli mütəxəssis-marketoloq hazırlamaq.

        Hər bir ölkənin tərəqqisi ilk növbədə həmin ölkədə təhsilin inkişafı ilə bağlıdır. Məhz təhsil prosesində insan yeni bilik və bacarıqlar əldə edir, iqtisadiyyatın məhsuldar qüvvəsinə - insan kapitalına çevrilir. Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə insan kapitalı cəmiyyətdə ən qiymətli sərmayə kimi qəbul edilir. Məhz bu səbəbdən növbəti on illikdə təhsil sisteminin əsas missiyası ölkənin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabətqabiliyyətini yüksəltməkdən ibarətdir. Ali təhsilin modernləşdirilməsi isə ölkənin hər bir vətəndaşının sürətlə dəyişən müasir texnologiyaları çevik mənimsənilməsi və inkişaf etdirilməsinə, ətraf mühitə münasibətdə sağlam mövqe tutmasına əhəmiyyətli dərəcədə təsir edir. Bu gün bütün dünya təhsilə, elmə, mədəniyyətə, əhalinin intellektual potensialının inkişafına müstəsna əhəmiyyət verir, onların strateji sahəyə çevrilməsini cəmiyyətin, dövlətin tərəqqisinin əsas amili hesab edir. Respublikamızda da təhsilin prioritet sahə kimi inkişafına, onun dünya sisteminin fəal surətdə inteqrasiyasına çox böyük önəm verilir. Dövlətin strateji fəaliyyət sahələrindən biri olan təhsilə qayğı və diqqət gündən-günə artır. Onun bütün pilləsində yeniləşmə prosesi gedir. Yeni tədris metodları hazırlanır. Təhsil sahəsində islahatlar artıq real bəhrəsini verir.

        Marketinq kafedrasının sələfləri: “Sənayenin iqtisadiyyatı, istehsalın təşkili və idarə edilməsi” (1981) “İstehsalın təşkili və marketinq” (1995) olmuşdur 2009-cu ildən isə Universitetin Elmi Şurasının qərarı ilə “Marketinq” kafedrası adlanır.

        Kafedrada - 050408 - “Marketinq” ixtisası üzrə bakalavriat, 020300 – “Marketinq” və 060404 – “Turizm iqtisadiyyatı” ixtisasları üzrə magistr mütəxəssislər hazırlanır.

Tədris işləri ilə yanaşı kafedra yaranan gündən marketinqin müxtəlif problemlərinin tədqiqi ilə məşğuldur və aşağıdakı istiqamətdə öz işlərini aparmışdır: bazar iqtisadiyyatı şəraitində marketinqin təşkili problemləri, sənaye müəssisələrində marketinq problemləri və onların tədqiqi xüsusiyyətləri, müəssisələrin strategiyasının formalaşması məsələləri, yüngül və toxuculuq sənaye müəssisələrində marketinq xidmətinin təşkilat strukturunun formalaşması, bazar konyukturası və qiymət münasibətlərinin inkişaf istiqamətləri məsələləri; Azərbaycanda ərzaq məhsulları bazarının formalaşması prosesi və inkişaf problemləri və hal-hazırda sahibkarlıq mühitində marketinqin idarə edilməsinin təkmilləşdirilməsi məsələləri mövzusunda tədqiqatlar aparılır. Tədqiqatın aparılmasında kafedranın bütün əməkdaşları iştirak edirlər.

          Kafedra əməkdaşları Respublika və xaricdə keçirilən Beynəlxalq elmi-praktik konfranslarda iştirak edirlər, onların məqalələri mötəbər jurnallarda çap edilir, vaxtaşırı elmi seminarlar keçirirlər.

           Kafedra respublika, şəhər və respublikadan kənarda fəaliyyət göstərən uyğun kafedralar ilə sıx əlaqə saxlayır və təhsil, elm sahəsində əməkdaşlıq edir (Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan İqtisad Universiteti, Kooperasiya Universiteti, AMA İqtisad İnstitutu, Mingəçevir Politexnik İnstitutu, Süleyman Dəmirəl adına Qazaxıstan Universiteti, Abay adına Qazax Milli Pedaqoji Universiteti, Nazarbayev Universiteti və s.).

        Kafedra əməkdaşları tərəfindən bütün fənnlər üzrə tədris proqramları hazırlanmış və onlar Təhsil Nazirliyi tərəfindən təsdiqlənərək qriflərlə təmin edilmişdir. Kafedrada müxtəlif illərdə aşağıda göstərilən dərslik və dərs vəsaitləri hazırlanmışdır:

  • dos. N.A.Hacıyeva –“Marketinq” dərslik, “İqtisadi nəzəriyyə” - dərs vəsaiti, “Marketinq” 125 Экзаменационных ответов. Справочник для студентов,
  • dos. N.D.Verdiyev – “Marketinqin idarə edilməsi” - dərs vəsaiti, “Beynəlxalq marketinq” - dərs vəsaiti, “İnformasiya iqtisadiyyatı” dərs vəsaiti,
  • dos. əvəzi. M.H.Urkayev – “Nəqliyyatda kommersiya işi” - dərs vəsaiti, “Nəqliyyat müəssisələrinin fəaliyyətinin təhlili” - dərs vəsaiti, “Marketinqdə məhsul siyasəti” - dərs vəsaiti, “Marketinq”-dən məşğələ dərslərinin aparılmasına dair metodiki göstəriş.

        Marketinq ixtisası üzrə ixtisaslaşmış auditoriya yaradılmış, ixtisasa dair stendlər hazırlanmışdır. Kafedrada tədris olunan bütün fənnlər üzrə elektron dərsliklər mövcuddur və onlar Universitet kitabxanasına təhvil verilmişdir.

       Norveç Humanitar Müəssisəsinin xətti ilə kafedranın nəzdində müəllim və tələbələr üçün müasir tələblərə uyğun olaraq beynəlxalq mühasibatlıq və biznes üzrə kurslar təşkil edilmişdir. 3-5 ay davam edən kursların nəticəsi olaraq əməkdaşlar və tələbələr imtahan vermiş, nəticədə müvəffəqiyyət sertifikatı almışlar.

      Kafedra “Şəbəkələşmə və marketinq” mövzusunda regional elmi-praktik seminar təşkil etmiş, onun işində müxtəlif rayonlardan gələn iş adamları, sahibkarlar və təlimçilər iştirak etmişlər. Seminarın məqsədi Azərbaycanda, o cümlədən Qərb bölgəsində marketinq problemlərini araşdırmaq, təhlil etmək, onların aradan qaldırılması üçün tədbirlər hazırlamaq, marketinq və şəbəkələşməyə dair tövsiyələr vermək idi.

        Kafedra müntəzəm olaraq I və IV kurs tələbələri ilə, həmçinin məzunlarla təhsil alan tələbələr arasında görüşlər keçirir.

        Kafedra tələbələrlə işə önəm verir. 2011-ci ildə bakalavr və magistrlərin ümumşəhər elmi-praktik konfransında 5 tələbə fəxri fərmanla təltif edilmişdir. Bakı şəhəri “Azərbaycan” Universitetində gənc tədqiqatçıların ümumrespublika elmi-praktik konfransında 3 tələbəmiz xüsusi qeyd olunaraq fəxri fərmanla təltif edilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Davamlı inkişaf və müasir təhsil sistemi” mövzusunda xarici dillərdə ümumşəhər elmi-praktiki konfransda nümunəvi çıxışlarına görə 4 tələbə fəxri fərmanla, 1 tələbə (Orxan Cəfərov) yüksək səviyyədə iştirakına görə Gəncə şəhər YAP təşkilati tərəfindən fəxri fərman və Qubaya bir həftəlik istirahətlə təltif edilmişdir.

       29-30 noyabr 2011-ci ildə tələbələrin XXII Respublika Elmi konfransında kafedra tərəfindən hazırlanmış 2 tələbə  (Babayeva Elvira və Bayramova Gülnarə) iştirak etmişlər.

       2-4-may 2012-ci ildə “Fundamental və tətbiqi elmlərin innovasiyaları” mövzusunda elmi praktik konfransında kafedranın 13 tələbəsi iştirak etmiş, onlardan 10 nəfər Fəxri Fərmanla təltif edilmişlər.
       25-26 aprel 2013-cü ildə Bakı şəhərində Qafqaz Universitetində Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransda 1 tələbə (Abdullayev Saləddin) müvəffəqiyyətlə çıxış edərək tezisi çap olunmuşdur.
       2-3 may 2013-cü ildə Odlar Yurdu Universitetində Azərbaycan – 2020 Gələcəyə Baxış beynəlxalq elmi-praktik konfransda 3 tələbə (Məlik Günel, Mansurova Leyla, Abdullayev Saləddin) müvəffəqiyyətlə çıxış edərək tezisləri çapa məsləhət görülmüşdür.
       6-8 may 2013-cü ildə Azərbaycan Texnologiya Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Texnoloji innovasiyalar və elmi-texniki tərəqqi” mövzusunda Respublika Elmi-Praktiki konfransın İqtisadiyyat (III) bölməsində 17 nəfər iştirak etmiş, onlardan 3 nəfər rus, qalanı isə azərbaycan dilində çıxış etmişlər. Maraq doğuran məruzələrinə görə tələbələr Fəxri Fərmanla, müəllimlər isə Təşəkkürnamə ilə təltif edilmiş və rektor tərəfindən təşəkkürə layiq görülmüşlər.
       Ümummilli lider H.Əliyevin anadan olmasının 91–ci ildönümünə və ADAU-nun 85 illik yubileyinə həsr olunmuş “Elm və təhsil dövlətin prioritetləridir” mövzusunda bakalavriat və magistrlərin ümumşəhər elmi-nəzəri konfransında kafedra tərəfindən hazırlanmış 5 tələbə aktiv iştirak etdiklərinə görə sertifikatlarla və bir nəfər tələbə Ələkbərova Lalə  nümunəvi çıxışına görə Nootbookla təltif edilmişdir.
    
        Kafedrada hal-hazırda bakalavr səviyyəsində 30 fənn, magistr səviyyəsində isə 19 fənn tədris olunur.
Kafedranın tərkibi:

  • •    Dosent – 4
  • •    Baş müəllim – 5
  • •    Assistent – 1  
  • •    Tədris köməkçi heyəti – 5

Kafedrada tədris olunan fənlər:

  • Bakalavr pilləsi üzrə:
  • 1.    Marketinq
  • 2.    Əməliyyat marketinqi
  • 3.    Strateji marketinq
  • 4.    Mühasibat uçotu
  • 5.    Mühasibat uçotu və audit
  • 6.    Mühasibat və mühasibat tapşırıqları
  • 7.    Kommersiya işi
  • 8.    Kommersiya fəaliyyətinin təşkili
  • 9.    Kommersiya fəaliyyətinin əsasları
  • 10.    İqtisadi təhlil
  • 11.    İqtisadi təhlil və audit
  • 12.    Beynəlxalq marketinq
  • 13.    Marketinq kommunikasiya sistemi
  • 14.    İstehsalın təşkili
  • 15.    İstehsalın iqtisadiyyatı, təşkili və idarə edilməsi
  • 16.    İnformasiya iqtisadiyyatı
  • 17.    İstehsalın iqtisadiyyatı, menecment və marketinq
  • 18.    Marketinq tədqiqatları
  • 19.    Marketinqin idarə edilməsi
  • 20.    Logistika
  • 21.    Xidmət sahələrinin marketinqi
  • 22.    Aqromarketinq
  • 23.    Reklam fəaliyyəti
  • 24.    Sənaye marketinqi
  • 25.    Turizm marketinqi
  • 26.    Bank marketinqi
  • 27.    Nəqliyyatda kommersiya işi
  • 28.    Nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili
  • 29.    Marketinqdə məhsul siyasəti
  • 30.    Qiymətin yaranması və konyunktura

Magistr pilləsi üzrə:

  • •    Marketinqin tarixi və metodologiyası
  • •    Marketinqin müasir problemləri
  • •    Birja işi
  • •    Beynəlxalq biznesdə marketinq
  • •    Kiçik biznesdə marketinq
  • •    Marketinq menecment
  • •    Fəaliyyət sahələri və sferalarında marketinq
  • •    İstehlakçı davranışı
  • •    İqtisadi proqnozlaşdırma
  • •    Gömrük işində iqtisadi təhlilin rolu
  • •    Avtomobil nəqliyyatında logistika
  • •    Turizmin tarixi və metodologiyası
  • •    Turizm iqtisadiyyatının müasir problemləri
  • •    Turizmin inkişaf istiqamətləri
  • •    Turizmdə marketinqdən istifadə problemləri
  • •    Turizm menecmenti
  • •    Turizmin inkişafının sosial-iqtisadi problemləri
  • •    Turizmdə innovasiya siyasəti
  • •    Turizmin inkişafında investisiya siyasəti
  • •    Milli təsərrüfat sistemində turizm sahəsinin iqtisadiyyatı

 

  • Kafedranın müəllimləri:
  • •    Nüşabə Aslan qızı Hacıyeva            - dosent
  • •    Xasay Musa oğlu Mehdiyev             - dosent
  • •    Nazim Davud oğlu Verdiyev            - dosent
  • •    Məmməd Hacıyov oğlu Urkayev      - dosent
  • •    Kərim Adil oğlu Məmmədov            - baş müəllim
  • •    İradə Cəmil qızı Kərimova               - baş müəllim
  • •    Şəlalə Əli qızı Yusifova                    - baş müəllim
  • •    Şəhla Nadir qızı Qarayeva               - baş müəllim
  • •    Ədalət Vəli qızı İsgəndərova            - baş müəllim 

       

PROFESSOR - MÜƏLLİM HEYYƏTİ

  • 1.   Xasay Musa oğlu Mehdiyev – iqtisadiyyat üzrə fəlsəfə doktoru
  • •    Vəzifəsi: – Dosent
  • •    Tədris etdiyi fənnlər – “Strateji marketinq”, “Turizm marketinqi”, “Kommersiya işi”
  • •    Elmi istiqaməti:  – İqtisadiyyatın müxtəlif sahələri
  • •    Elmi pedaqoji staj – 41
  • •    Elmi əsərlərin sayı – 40 
  • •    E-mail: mehdiyev.xasay@mail.ru      
  •  
  •                              
  •     2. Nazim Davud oğlu Verdiyev – filologiya üzrə fəlsəfə doktoru
  • •    Vəzifəsi: – Marketinq üzrə dosent
  • •    Tədris etdiyi fənlər:  “Marketinqin idarə edilməsi “Marketinq - menecment”, “Beynəlxalq marketinq”, “İqtisadi proqnozlaşdırma”
  • •    Elmi istiqaməti: – İqtisadiyyatın və elmin müxtəlif sahələri, elektron marketinq
  • •    Elmi pedaqoji staj – 22
  • •    Elmi əsərlərin sayı – 35
  • •    E-mail: nazimganja@mail.ru 

 

  • •  3.  Şəhla Nadir qızı Qarayeva
  • •    Vəzifəsi: – baş müəllim
  • •    Tədris etdiyi fənlər: – “Marketinq”, “Marketinq kommunikasiya sistemi”, “Sənaye marketinqi”, “Xidmət sahələrinin marketinqi”, “Reklam fəaliyyəti”.
  • •    Elmi istiqaməti :– Marketinqin müxtəlif sahələri
  • •    Elmi pedaqoji staj – 14
  • •    Elmi əsərlərin sayı – 16
  • •    E-mail: shehla.qarayeva@mail.ru

 

  •      4. İradə Cəmil qızı Kərimova
  • •    Vəzifəsi: – baş müəllim
  • •    Tədris etdiyi fənlər: – “Mühasibat uçotu”, “Muhasibat uçotu və audit”, “İqtisadi təhlil”
  • •    Elmi istiqaməti: – İqtisadiyyatın müxtəlif sahələri
  • •    Elmi pedaqoji staj – 21
  • •    Elmi əsərlərin sayı – 35
  • •    E-mail: irade.kerimova.63@mail.ru

 

  •      •  5.  Kərim Adil oğlu Məmmədov
  • •    Vəzifəsi: – baş müəllim
  • •    Tədris etdiyi fənlər: – “İstehsalın təşkili”, “İstehsalın iqtisadiyyatı, təşkili və idarə edilməsi”, “İstehsalın iqtisadiyyatı, menecment və idarə edilməsi”, “Marketinqin idarə edilməsi”
  • •    Elmi istiqaməti :– Marketinqin müxtəlif sahələri
  • •    Elmi pedaqoji staj – 17
  • •    Elmi əsərlərin sayı – 18
  • •    E-mail: kerim.memmedov.56@mail.ru

 

  •      •   6. Ədalət Vəli qızı İsgəndərova
  • •    Vəzifəsi: – baş müəllim
  • •    Tədris etdiyi fənlər: – Mühasibat uçotu və audit, İqtisadi təhlil, İstehsalın təşkili, Reklam fəaliyyəti, Kommersiya işi
  • •    Elmi istiqaməti :– İqtisadiyyatın müxtəlif sahələri
  • •    Elmi pedaqoji staj – 13
  • •    Elmi əsərlərin sayı – 5
  • •    E-mail: isgenderova_48@mail.ru
  •  
  •      •   7.  Şəlalə Əli qızı Yusubova
  • •    Vəzifəsi: – baş müəllim
  • •    Tədris etdiyi fənlər: – Mühasibat uçotu və audit, Beynəlxalq marketinq, Müəssisənin iqtisadiyyatı
  • •    Elmi istiqaməti :– İqtisadiyyatın müxtəlif sahələri
  • •    Elmi pedaqoji staj – 17
  • •    Elmi əsərlərin sayı – 23
  • •    E-mail: yusibova.1965@mail.ru
  •  
  •      •  8. Xudayar Bəkir oğlu Məmmədov
  • •    Vəzifəsi: – assistent
  • •    Tədris etdiyi fənnlər: – “Reklam fəaliyyəti”, “Kommersiya fəaliyyətinin əsasları”, “Nəqliyyatda kommersiya işi”
  • •    Elmi istiqaməti :– İqtisadiyyatın müxtəlif sahələri
  • •    Elmi pedaqoji staj – 1
  • •    Elmi əsərlərin sayı – 4
  • •    E-mail: xudayar.1981@mail.ru

Bakalavr pilləsi üçün proqram:

  • 1.    Aqromarketinq
  • 2.    Bank marketinqi
  • 3.    Beynəlxalq marketinq
  • 4.    Əməliyyat marketinqi
  • 5.    İnformasiya iqtisadiyyatı_аз
  • 6.    İnformasiya iqtisadiyyatı_рус
  • 7.    İqtisadi təhlil və audit
  • 8.    İqtisadi təhlil
  • 9.    İstehsalın iqtisadiyyatı menecmenti, marketinq
  • 10.    İstehsalın iqtisadiyyatı
  • 11.    İstehsalın təşkili
  • 12.    Kommersiya fəaliyyətinin əsasları
  • 13.    Kommersiya fəaliyyətinin təşkili
  • 14.    Kommersiya işi
  • 15.    Logistikanın əsasları fənnindən məşğələ proqramı
  • 16.    Marketinq kommynikasiya sistemi
  • 17.    Marketinq tədqiqatları
  • 18.    Marketinq
  • 19.    Marketinqdə məhsul siyasəti
  • 20.    Marketinqin idarə edilməsi
  • 21.    Mühasibat uçotu və audit
  • 22.    Mühasibat uçotu
  • 23.    Nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili
  • 24.    Nəqliyyatda kommersiya işi
  • 25.    Qiymətin əmələ gəlməsi və konyunktura
  • 26.    Reklam fəaliyyəti proqram
  • 27.    Reklam fəaliyyəti
  • 28.    Sahə müəssisələrində marketinq
  • 29.    Sənaye marketinqi fənni proqram
  • 30.    Strateji marketinq
  • 31.    Turizm marketinqi proqram
  • 32.    Xidmət sahələrinin marketinqi
Yuxarı
  • Developed by: Ayaz Askerov