Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Menecment kafedrası

Menecment kafedrası
Son dəyişiklik:

 

  • I. Kafedra müdiri:
  • Adı, atasının adı, soyadı:      Rafayıl Şükür oğlu Şükürov
  • Doğulduğu iı, ay və gün     21.06.1954
  • Doğulduğu yer                   İmişli rayonu
  • Təhsil                                 Ali
  • Vəzifəsi                            kafedra müdiri
  • Elmi dərəcəsi,elmi adı          dosent., i.f.d.
  • Elmi məqalələrin sayı:           120-ə məqalə və tezis, 2 dərslik və 1  metodiki vəsait

 

 MENECMENT   KAFEDRASI HAQQINDA  MƏLUMAT

Menecment kafedrası 2000 –cu ildə Biznesin idarə edilməsi kafedrasının bazasında yaradılmışdır. Kafedra 2000-cu ilədək “Biznesin idarə edilməsi” adı altında fəaliyyət göstərmişdir. Həmin kafedranın ilk müdiri dosent Maarif Qarayev olmuş, sonra isə dosent Əli Allahverdiyev kafedraya rəhbərlik etmişdir. “Menecment” ixtisası üzrə mütəxəssislər hazırlamaga başladıqdan sonra isə 2010-cu ildə kafedra, “Menecment” kafedrası adlandırıldı.        

Hazırda kafedraya 2012 –ci il sentyabr ayının 17 –dən dosent Şükürov Rafayıl Şükür oğlu rəhbərlik edir.  Kafedrada 22 nəfər əməkdaş fəaliyyət göstərir. Bunlardan 4 nəfəri dosent, 9 nəfəri baş müəllim, 2 nəfəri assistent, 4 nəfəri baş laborant və 1 nəfər laborant vəzifəsində çalışırlar. Onlardan, dosent Şükürov Rafayıl  - İqtisadiyyatın tənzimlənməsi sahəsində, dosent Ağayeva Xalidə – Biznes sahəsində, dosent Qarayev Maarif – Ekonometrika sahəsində, baş müəllim Rizvan Məcidov – Sahibkarlıq fəaliyyəti sahəsində, baş müəllim Xan – Xoyskaya İnqa – rus bölməsi üzrə  Ekonometrika sahəsində, baş müəllim Mustafayev Səradəm– Bank işi sahəsində , baş müəllim Bağırova Aytəkin – İnsan resursıarının sahəsində, baş müəllim Əıiyeva Şəhla – Menecment sahəsində tanınmış mütəxəssislərdir.

Kafedra “Menecment” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə bakalavr və magistrlər hazırlayır. Bundan əlavə kafedrada  “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistrlar hazırlanır. Hazırda kafedrada 4 magistr təhsil alır.  Kafedrada bakalavr pilləsi üzrə 27, magistr pilləsi üzrə isə 14 fənn tədris olunur. Tədris olunan fənlərin fənn proqramlarının qrifi vardır.

Kafedra öz fəaliyyətini əvvəlki dövründə bazar təsərrüfat mexanizminin əsas institutlarının formalaşması, iqtisadiyyatın, eləcə də Respublikamızın biznes təşkilatlarının restrukturizasiyası problemləri ilə məşğul olmuşdur. Əvvəlki dövrlərə nisbətdə, yəni müxtəlif  səviyyə və ranqdan olan xətti rəhbərlərin, həmçinin uçot,nəzarət və təşkilati fəaliyyətlə məşğul olan kadr xidməti işçilərin funksiyası hesab edilən heyyətlə iş, muasir dövrdə diapazonu nəzərə çarpacaq dərəcədə artaraq qloballaşan dövrün ən aktual məsəllərindən birinə çevrilmişdi.  Hazırda isə kafedranın Problem mövzusu “Muasir şəraitdə” təşkilatlarda İnsan resurslarının idarə edilməsi tədqiqati ilə məşqul olur .

Elmi tədqiqatlarla yanaşı Menecment kafedrası Respublikamızda təhsilin təşkili və idarə edilməsi sahəsində aktiv iştirak edir. İstər tədris planlarının qurulmasında, istərsə də tədris prosesinin metodiki təminatında mühüm rol oynayır.

Kafedra Azərbaycan Dövlət İqtisad Universitetinin ”Menecment”, ”Müəssisənin İqtisadiyyatı”, ”Maliyyə” kafedraları ilə,  Qafqaz Universitetinin “Menecment”, Biznesin idarə edilməsi kafedraları ilə, “Azərbaycan Texniki Universitetinin” “Sənayenin iqtisadiyyatı və menecment” kafedrası ilə,  Mingəcevir Politexnik İnstitutunun “Mühəndis iqtisadiyyatı və idarəetmə”, “Ümumi iqtisadiyyat”  kafedraları ilə, Gəncə Dövlət Universitetinin “İqtisadiyyat” və “İdarəetmə” kafedraları ilə və s. əməkdaşlıq edir.

 Kafedrada tədris Baloniya prosesinin tələblərinə uygun olaraq yenidən qurulur.Tədris prosesinin planı və fənn proqramları Avropa və ABŞ Universitetlərinin təcrübəsi əsasında formalaşdırılır. Tədris prosesində İKT və interaktiv metodlardan istifadə edilir.

 
     
     

“MENECMENT” KAFEDRASININ ƏMƏKDAŞLARININ SİYAHISI

  1. Şükürov Rafayıl Şükür oğlu            - kafedra müdiri, dosent
  2. Ağayeva Xalidə Mehdi qızı              - dosent
  3. Qarayev Maarif Şərif oğlu               - dosent
  4. Əfəndiyev Sadiq Qəhrəman oğlu   - baş müəllim
  5. Məcidov Rizvan Hacı oğlu               - baş müəllim
  6. Mustafayev Səradəm Xanlar oğlu             - baş müəllim
  7. Qurbanov Vəli Nəsir oğlu                - baş müəllim
  8. Xan – Xoyskaya İnqa Vladimir qızı         - baş müəllim
  9. Cabbarov Cümşüd İbrahim oğlu     - baş müəllim
  10. Əliyeva Şəhla Yasin qızı                           - baş müəllim
  11. Bağırova Aytəkin Məhərrəm qızı     - baş müəllim
  12. Qasımova Yetər İsrail qızı               - baş müəllim
  13. Qocayeva Zeynəb Bəhram qızı        - baş müəllim
  14. Abdiyeva Gülgün  Zeynal qızı                   - doktorant, baş müəllim
  15. Məmmədova Nargilə Ramiz qızı      - assistent
  16. Süleymanlı Cavid Arzu oğlu       -assistent
  17. Mustafayeva Rühəngiz Rauf qızı     - kabinet müdiri
  18. Əmiraslanova Yeganə Müqəddəs qızı         - baş laborant
  19. Bayramova Günel Gündüz qızı -  baş laborant
  20. Usubova Ellada Eldar qızı - laborant
  21. Həsənova Nərmin Pərviz qızı - laborant

                     

ATU tanıtım kompaniyası bu dəfə də İMİŞLİ rayon tam orta məktəblərində. Xoş və səmimi görüşlər üçün məktəb kollektivlərinə TƏŞƏKKÜRLƏR!!!

   

 

Yuxarı
  • Developed by: Ayaz Askerov