Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

İctimai elmlər və multikulturalizim kafedrası

Son dəyişiklik:

 

 

  • Adı-soyadı                                   Fuad Yusif oğlu Yusifov
  • Doğulduğu il ,ay və gün             3 aprel  1961-ci il
  • Doğulduğu yer                            Gəncə şəhəri
  • Təhsili                                          Ali
  • Vəzifəsi                                        Kafedra müdiri
  • Elmi dərəcəsi, elmi adı               Fəlsəfə üzrə fəlsəfə doktoru
  • Elmi əsərlərin sayı                      46

2. Kafedra haqqında qısa məlumat ( tədris olunan fənlər, tədris proqramı, tədris vəsaitləri, elmi istiqamət)

Çingiz İldırım adına Azərbaycan Politexnik institutunun Gəncə filialında 1974-cü ildə ictimai elmlər kafedrası adı altında fəaliyyət göstərib.1981-ci ildə filialın bazası əsasında Azərbaycan Texnologiya İnstitutu yaranandan sonra kafedra iki müstəqil  “Fəlsəfə və elmi kommunizm”, “Sov. İKP tarixi və siyasi iqtisad” kafedrasına ayrılmışdır.

      “Fəlsəfə və Tarix” kafedrası 1981-1991-ci illərdə “Fəlsəfə və Elmi kommunizm”, 1991-1992-ci illərdə “Fəlsəfə və sosial-siyasi münasibətlər nəzəriyyəsi”, 1992-2002-ci illərdən “Fəlsəfə və Politologiya” , 2002-ci ildən hal-hazıra kimi “Fəlsəfə və Tarix” kafedrası adlanır.

        Kafedrada “Davamlı inkişafın sosial - fəlsəfi problemləri” adlı elmi və tədqiqat işi aparılır.Kafedrada müntəzəm fəaliyyət göstərən elmi-nəzəri seminarlarda ictimai elmlərin aktual problemləri fəlsəfə və müasirlik,müasir qloballaşmanın  sosial fəlsəfi problemləri və s. Mövzuların müzakirələrində Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin Humanitar sahədə çalışan alimləri də yaxından iştirak edirlər.

Kafedrada aşağıdakı fənlər tədris olunur.

       Bakalavr pilləsi üzrə:

  •        1.Azərbaycan tarixi
  •        2. Fəlsəfə
  •        3.ARK və hüququn əsasları
  •        4. Davamlı insan inkişafı
  •        5. Multikulturalizm
  •        6. Nəqliyyat hüququ
  •        7. Sosiologiya

         Magistr pilləsi üzrə:

  • Ali məktəb pedaqogikası
  • Psixologiya

       Tədrisin müasir səviyyəyə çatdırılması üçün kafedrada tədris olunan bütün fənlər üzrə mühazirə mətnlərinin elektron versiyası hazırlanmış, eləcə də internet vasitəsilə MDB ölkələrində və Türkiyə Respublikasında ictimai elmlərin tədrisi sahəsində təcrübəni öyrənməklə ən müasir proqram və elmi-metodiki vəsait əldə edilmişdir. Tədris olunan bütün fənlər üzrə fənn proqramları var və onlar Təhsil Nazirliynin elmi metodik şurasının müvafiq bölmələrində təsdiqlənmişdir.

        Kafedra  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti , Belorusiya Dövlət Universiteti , Bakı Dövlət Universiteti və  şəhərimizdəki ali məktəblərin oxşar kafedraları ilə sıx əlaqə saxlayıb əməkdaşlıq edir.

  •  Kafedra əməkdaşları ( müəllim, laborant heyəti, tutduqları vəzifə )  
  •                                   Professor – müəllim heyəti
  • Abdullayev Oruc İsmayil oğlu -Fəlsəfə elimləri doktoru, professor-məsləhətçi
  • Yusifov Fuad Yusif oğlu -Fəlsəfə elmləri namizədi,dosent ,kafedra müdiri                                                                                                                                                                                             
  • Budaqov Hüseyn Tağı oğlu- Fəlsəfə elmləri namizədi,dosent
  • İsmayılov Vüqar Ağamusa oğlu Tədris işləri üzrə prorektor -İqtisad elmləri  üzrə fəlsəfə doktoru,dosent
  •  Axundov Piri Fərhad oğlu-Tədris şöbəsinin müdiri, baş müəllim
  • Məmmədova Süsənbər Əsəd  qızı-Fəlsəfə elmləri namizədi , dosent.
  • Hüseynov Rafiq Alcəfər oğlu- Baş müəllim
  • Həsənov Şahmar Umud oğlu - Baş müəllim                                                                                                                                        
  • Tağıyeva Aida Rza qızı -Azərbaycanın əməkdar müəllimi                         

Tədris- köməkçi heyəti

  • Novruzova Zəminə Rəsul qızı -baş laborant
  • Məhərrəmova Fərqanə  Məhərrəm qızı -laborant

 

TANITIM - 2017

Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbin 11 ci sinif şagirdlərinlə görüş

 

Yuxarı
  • Developed by: Ayaz Askerov