Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

İnformatika və telekommunikasiya kafedrası

İnformatika və telekommunikasiya kafedrası
Son dəyişiklik:

      

 

  • Kafedra müdiri  -          Verdiyev Sakit Qambay oğlu
  •                                       Texniki elmlər doktoru, professor.
  •                                       1945-ci il  26 avqust
  •                                       Gəncə ş. 
  •                                       Elmi əsərlərin sayı: - 80
  •                                       E-mail: info_tel@inbox.ru           
  •                                       Tel.: ++994 22 2576098

İnformatika və Telekommunaksiya kafedrası 26 oktyabr 2004-cü ildə “Elektrotexnika və İstilik texnikası” ilə “Avtomatika və İnformatika “ kafedralarının əsasında yaradılıb.
 Kafedrada ümumpeşə və ixtisas fənnləri üzrə tədris prosesi həyata keçirilərək 2005-ci ildən başlayaraq tələbələrin Elektronika, Telekommunaksiya və Radiotexnika ixtisasının əsas elmi istiqamətləri  üzrə hazırlıq aparılır.
  Universitetdə təhsil alan bütün  tələbələr üçün İnformatika kursu tədris olunmaqla yanaşı  Elektronika, Telekommunaksiya və Radiotexnika ixtisası  üzrə mühəndislər hazırlanır
Kafedrada tədris proqramları daim yeniləşərək təkminləşir, günün tələblərinə çatdırılır. Kafedranın professor-müəllim heyyəti tərəfindən yeni tədris proqramları, mühazirə mətnləri, ixtisas üzrə dərsliklər, laboratoriya işlərini yerinə yetirmək üçün metodik göstərişlər və s. hazırlanır. Telekommunikasiya müəssisələrinin aparıcı mütəxəssisləri tədrisə cəlb edilir. AR Rabitə Nazirliyinin dəstəyi ilə Gəncə Telekommunikasiya İdarəsində və Gəncə TeleRadio yayım mərkəzində kafedranın filialları yaradılıb. Praktiki məşğələlər və istehsalat təcrübələri həmin filiallarda keçirilir. Nəticədə tələbələr oxuya-oxuya istehsalatla tanış olaraq mühəndis kimi formalaşırlar. Kafedranın kifayət qədər hazırlıqlı məzunları respublikanın  müxtəlif rabitə, poçt, teleradio müəssisələri, banklarda və hərbidə həvəslə işə qəbul olunurlar. Təhsillərini davam etdirmək istəyən məzunlar müvəffəqiyətlə öz universitetimizin limitini aşaraq digər universitetlərin müsabiqələrindən keçərək təhsillərini magistraturada davam edirlər.
2007-ci ildə kafedranın təşəbbüsü və təşkilatçılığı ilə XX-ci əsrin görkəmli alimi,həmyerlimiz Lütvi Zadənin başçılıq etdiyi, Avropanın və Amerikanın və MDB-nin 12 aliminin üzv olduğu Beynəlxalq Proqram Komitəsinin  rəhbərliyi ilə İnformasiya Texnologiyaları və Telekommunikasiyaya dair 3-cü Beynəlxalq Elmi Konfrans  İTTK-2007 böyuk uğurla Gəncə şəhərində keşirilmisdi.
                 

                                 Kafedranın əməkdaşları

  • Muradov Polad Cahangir Oğlu - Texniki elmlər namizədi, dosent – 1,5 ştat
  • Həsənova Lidya İvanovna – baş müəllim – 1 ştat
  • Məmmədov Əhmədağa Əhmədiyyə oğlu – baş müəllim– 1,5 ştat
  • Qələndərov Akif Səməndər oğlu – baş müəllim– 1,5 ştat
  • Sadıxova Nəhayət Aqranom Qızı – baş müəllim – 1,5 ştat
  • Məmmədov İsrayıl – baş müəllim – 0,5 ştat
  • Nəbiyev Etibar Ağa oğlu – baş müəllim– 0,5 ştat
  • Hüseynov Vüqar Xosrov oğlu – baş müəllim – 0,5 ştat                    
  • Məhərrəmov Ziyadxan Əli oğlu – baş müəllim – 0,5 ştat
  • Hüseynova Gülnaz Məhərrəm qızı – assistent – 1 ştat
  • Mustafayev Nazir Cəmil Oğlu – laboratoriya müdiri – 0,5 ştat
  • Bayramova Vüsalə Nuru qızı – laboratoriya müdiri– 1ştat, assistent - 0,5 ştat
  • Abdullayeva TünzaləYaqub qızı – böyük laborant – 1 ştat
  • Paşayeva Xavər Rəhim qızı  – böyük laborant– 1 ştat

Kafedrada bakalavr pilləsi üzrə tədris olunan fənnlər.

  • 1.    İnformatika
  • 2.    Kompüter qrafikası                                                                             
  • 3.    Proqramlaşdırma dilləri və informatika
  • 4.    İnformatika və ekoloji proseslərin kompüter analizi
  • 5.    Müasir proqramlaşdırma dilləri
  • 6.    İnformasiya nəzəriyyəsi və kodlama
  • 7.    İnformasiya texnologiyalarının əsasları 
  • 8.    Telekommunikasiya sistemlərinin proqram təminatı
  • 9.    Verilənlərin ötürülməsi və kompüter şəbəkələri
  • 10.    Komutasiya sistemləri
  • 11.    Mikrodalğa texnikası
  • 12.    Elektrodinamika və radiodalğaların yayılması
  • 13.    Rəqəmli siqnalların emalı
  • 14.    Rabitə təhlükəsizliyi
  • 15.    Siqnallar və sistemlər
  • 16.    Telekommunikasiya sistemləri
  • 17.    Radioelektron qurğuların layihələndirilməsi
  • 18.    Rəqəmli radiorabitənin əsasları
  • 19.    Elektrik qida qurğuları
  • 20.    Rabitə nəzəriyyəsi
  • 21.    Elektrik ölçmələri və vasitələri
  • 22.    Radioverici, radioqəbuledici və antenna qurğuları
  • 23.    Peyk rabitəsi
  • 24.    Optik rabitə
  • 25.    Elektrotexnika

Magistr pilləsində ixtisas üzrə tədris olunan fənnlərlə yanaşı aparılan tədqiqatlar əsasında dissertasiya işləri yerinə yetirilir.

Tədris laboratoriyaları.

  • 1.    İnformatika laboratoriyası 
  • 2.    Kompüter qrafikası laboratoriyası
  • 3.    Elektronika laboratoriyası
  • 4.    E-lab Elektron laboratoriya
  • 5.    Telekommunikasiya laboratoriyası
  • 6.    Radiotexnikaya  aid  laboratoriyanın təşkilinə hazırlıq aparılır.
Yuxarı
  • Developed by: Ayaz Askerov