Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Ali Riyaziyyat və Fizika kafedrası

Ali Riyaziyyat və Fizika kafedrası
Son dəyişiklik:

 

 

 

  • Kafedra   müdiri:  Yusubalıyev Yusub Köçəri oğlu
  • Doğum tarixi:   Azərbaycan Respublikası Yevlax rayonu, Salahlı kəndi
  • Təhsil : Ali. Gəncə Dövlət Universiteti
  • Elmi dərəcəsi, elmi adı: f.r.e.n. dosent
  • Elmi əsərlərinin sayı: 36
  • Ali riyaziyyat kafedrası 1976-cı ildən yaradılmışdır. 1990-cı ildə kafedra iki müstəqil kafedraya ayrıldı. Ali riyaziyyat və Tətbiqi riyaziyyat kafedralarına. 1993-cü ildən kafedralar yenidən birləşdi.        
  •    Kafedra əməkdaşları bir neçə  istiqamət üzrə elmi iş aparır. Bunlardan: Diferensial tənliklərin köməyi ilə yüngül və toxuculuq sənayesi sahələrində optimal idarəetmə prinsipləri və s.
  •          Kafedrada Boloniya prinsipləri ilə əlaqədar 11 yeni proqram işlənmişdir.Boloniya prosesinə qoşulması ilə əlaqədar kafedrada tədris olunan bütün fənlərin yeni tədris proqramları hazırlanmışdır. Kafedranın əməkdaşları optimal idarəetmə, diferensial və diferensial-fərq tənliklərinin həllərinin keyfiyyət araşdırmaları,operator tənliklərin spektral nəzəriyyəsi, ümumiləşmiş funksiyalar fəzasında xətti sinqulyar diferensial tənliklər, iqtisadi proqnozlarda ehtimal nəzəriyyəsi və statistika üsullarının tətbiqi ilə bağlı məsələlər ilə məşğul olurlar. Kafedra əməkdaşları müxtəlif Beynəlxalq Elmi Konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişlər, onların məqalələri müxtəlif illərdə nüfuzlu jurnallarda çap olunmuşdur.
  • Kafedra əməkdaşları tərəfindən bir neçə monoqrafiya,dərslik,dərs vəsaitləri,metodik göstəriş və hər bir fənn üçün tədris proqramları işlənib hazırlanmışdır.və Təhsil Nazirliyinin qrifi ilə çap olunmuşdur.Kafedranın elmi istiqaməti “Diferensial tənliklərlər nəzəriyyəsi və optimal idarəetmənin  bəzi məsələləri” nə həsr olunmuşdur. Kafedra əməkdaşları tərəfindən 40-dan artıq elmi məqalə dərc olunmuşdur. Son illərdə kafedra əməkdaşları  tərəfindən “Xətti cəbr və analitik həndəsə” adlı dərslik, “Ali riyaziyyat məsələ və misallarda” , “Birdəyişənli funksiyaların diferensial və inteqral hesabı suallarda və məsələlərdə”
  • “Məntiq sual və məsələlərdə” , Ali riyaziyyat kursu” dərs vəsaitləri dərc olunmuşdur.
  • Kafedranın xarici və ölkədaxili qabaqcıl universitetlərlə sıx əlaqəsi vardır. Kafedrada  “ Diferensial tənliklərin tibbdə tətbiqi” , Diferensial tənliklərin kriminalistikada tətbiqi” mövzularında  Elmi Seminarlar keçirilmiş və seminarlarda  DİN-in nümayəndələri,GDU-nun alimləri iştirak etmişlər və müsbət fikirlər söyləmişlər.
  •  
  •           Kafedranın  gözəl auditoriyaları, kompyuterlərlə və proyektirlə   təmin   olunmuş sinif  otaqları  var.
  • Kafedra  bir cox dövlət  və universitet  tədbirlərində iştirak etmişdir.
  • Kafedrada aşağıdakı fənnlər tədris olunur:
  • 1. Ali riyaziyyat
  • 2.Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • 3.Diferensial tənliklər
  • 4.Məntiq
  • 5.Riyaziyyatın əsasları
  • 6.Mühəndis riyaziyyatı
  • 7.Optimallaşdırma üsulları
  • 8.Diskret riyaziyyat və riyazi məntiq
  • 9.Xətti cəbr və riyazi analiz
  • 10.Tətbiqi riyaziyyat
  •  
  •  
  • 1. Yusubalıyev Yusub Köçəri oğlu.f.r.e.n. dosent.kafedra   müdiri
  •  2. Mütəllimov Şəmsəddin Mütəllim oğlu.professor
  •  3. Mustafayev Sadıq Tağı oğlu. p.e.n.dosent
  •  4. Süleymanov Kamil Mürsəl oğlu.f.r.e.n. dosent əvəzi
  • 5. Qurbanova Rəna Dəmir qızı.f.r.e.n.dosent əvəzi
  • 6. Mustafayeva Stefa Səməd qızı.baş müəllim
  • 7. Bədəlova Firidus Malik qızı.assisent
  • 8. Qasımov Tehran Fizuli oğlu.assisent
  •  
  • TEXNIKI HEYYƏT
  • 1.Məmmədova Məhsəti Rasim qızı-baş laborant
  • 2.Məmmədova Aysel Alim qızı- laborant

 

  •  
  • Fizika
  • Kafedra haqqında qısa məlumat (Tədris olunan fənnlər, Tədris proqra-mı, Tədris vəsaitləri, Elmi istiqamət)
  •      Kafedrada mexanika, molekulyar fizika, elektrostatika, maqnetizm,     optika, atom və nüvə fizikası fənnləri tədris olunur.
  •      Təhsilin bakalavr və magistr pilləsi üçün tədris proqramı Təhsil Nazirliyinin razılığı əsasında təşkil edilmişdir.
  •     “Süd yolu qalaqtikasında baş verən makro və mikro hadisələr” – Məruzəçi prof.B.Z.Əliyev.
  • Elmi istiqamət – Yarımkeçiricilər fizikası
  •  
  • Kafedra əməkdaşları (müəllim, laborant heyyəti, tutduqları vəzifə)
  •     1.İsmayılov Qabil Məcid oğlu – dosent
  •     2.Kəsımınli Hamlet Cümşüd oğlu – dosent
  •     3.Səmədov Zərdan Səməd oğlu – dosent
  •     4.İbrahimov Habil Cavad oğlu – dosent əvəzi
  •     5.Xələfov Zakir Cəbrayıl oğlu – baş müəllim
  •     6.Məmmədova Yeganə Kərim qızı – laboratoriya müdiri
  •     7.Daşdəmirova Nərgiz Dilqəm qızı – laboratoriya müdiri
  •     8.Hacıəliyeva Nailə Hətəm qızı – baş laborant
  •     9.Kazımova Nurlana Vahid qızı – baş laborant

 

Yuxarı
  • Developed by: Ayaz Askerov