Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Elmi katib

Son dəyişiklik:

 

Elmi katib: Əhmədova Mətanət İsrayıl qızı

  • 1974-ci il təvəllüdlü
  • texnika üzrə fəlsəfə doktoru
  • dosent əvəzi

 

 1991-ci ildə Gəncə şəhərinin 30№-li orta məktəbini gümüş medalla, 1996-cı ildə Azərbaycan Texnologiya İnstitutunun “Çörək, qənnadı, makaron məmulatları və yeyinti konsentratlarının texnologiyası” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

1996-cı ildə Gəncə Elm Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutunda baş müəllim kimi iş fəaliyyətinə başlayıb, sonra Azərbaycan Texnologiya Universitetinin “Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, Azərbaycan Elmi-Tədqiqat "Aqromexanika" İnstitutunun “Elmi-texniki informasiya” şöbəsində elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Eyni zamanda 2006/2007-ci tədris ilində  əvəzçiliklə Azərbaycan Texnologiya Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında assistent işləmiş və 2009-2013 illər ərzində universitetin “Göy-gölün ekoloji monitorinqi” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir.

Əhmədova Mətanət İsrayıl qızı 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinin «İnzibati idarəetmə» kafedrasında baş müəllim vəzifəsində, 2014-cü ilin oktyabr ayından hal-hazıra kimi kafedrada dosent əvəzi işləyir.

12 oktyabr 2013-cü ildə dissertasiya müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Azərbaycan Respublikası Qadınlarının IV Qurultayının (2013-cü il) nümayən­də­si olmuşdur.

İşlədiyi müddətdə 51 elmi əsərin müəllifidir.

Seçilmiş elmi əsərləri:

  • Səpələnən material­la­rın səpin normasını nizamlayan qur­ğu. Patent. Azərb. Resp. St. M. və PDA, İ 2010 0028. 08.12.2005
  •  Gübrə paylaşdı­ran qurğu. Patent. Azərb. Resp. St. M. və PDA İ 2008 0148. 04.05.2006
  •  Yeyinti məhsul­la­­­rının kim­yəvi tər­­­kib analizi və key­­­­fiyyətinin ida­­­­rə olun­ması mə­­sə­­lələri // Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Texniki Universiteti, Elmi əsərlər–fundamental elm­lər, cild V (18), Bakı-2006, №2.
  • Standartlaşdırma–ida­rəetmənin əsas­la­rı­dır // “Qanun və Məsuliyyət” qəzeti, 2006, №5.
  •  Elmi-tədqiqat iş­ləri­nin hesabat­la­rının tər­ti­batı üçün metodik gös­­­­təriş. Metodik gös­təriş. Azər­bay­can Respublikası Kənd Tə­sər­rüfatı Nazirliyi, Aqrar Elm Mər­kə­zi, Gəncə-2006, “Gəncə-Poli­qra­fi­ya” ASC.
  •  Silindrik dişli ötür­mə­lərin layi­hələn­di­ril­­məsinin səmə­rə­li­li­yi­nin yüksəldilməsinə dair // AzTU-nin “Elmi Xə­bər­ləri” məc­muə­si Gəncə-2008, №9-10.
  •  İntensiv texno­lo­giya üçün güb­rə­­lərdən isti­fa­də­nin model­ləşdi­ril­­məsi // Azərbaycan aqrar elmi, №4-5, Bakı- 2008.
  •  “Qida məhsulla­rı­nın tex­nologi­ya­sının nə­zə­ri əsas­ları” fən­nin­dən laboratoriya iş­ləri üz­rə prakti­kum. Dərslik. Bakı, “Elm” nəşriyyatı, 2008.
  •  Оценка качества ра­бо­ты установки для при­­готов­ления ор­га­но-минеральной сме­си // Ж. «Аграрная наука», Москва, 2010, №8.
  •  Вычисление фак­то­ров, влияющих на ка­чество органо-ми­не­ральной смеси // Ж. «Агро ХХI» Москва-2011, №7-9.
  •  Üzvi və mineral güb­rə qarışığının hazır­lan­­ması və qurğu­su­nun işlənməsi / Azərbaycan Dövlət Aqrar Universi­te­tinin mətbəəsi. Avtoreferat. Gəncə, 2012, 22 səh.
  •  Eksperimental qur­ğu­da hazırlanmış üzvi-mi­neral gübrə qarı­şı­ğı­nın təcrübədə tət­bi­qi // Azərbaycan ET “Aqromexanika” İnsti­­tutunun “Aqrar sənaye kom­plek­sin­də texniki təminatın aktual prob­lem­ləri” mövzusu üzrə keçirilmiş el­mi-texniki konfransın materialları, Gəncə, 2012.
  •  Üzvi və mineral güb­rə­lərin qarışdırılması pro­sesinin fiziki ma­hiy­yəti // Azərbaycan aqrar elmi, Bakı, 2013, №1.
  •  Qarışıq gübrə kom­po­nent­lərinin fiziki-me­xa­niki xassələrinin qa­­rışma prosesinə tə­si­­rinin tədqiqi // ADAU-nun elmi əsərləri (mü­hən­dis­lik istiqaməti).  Gəncə, Azərbaycan Dövlət Aqrar Univer­si­teti, 2013, №1.
  •  Aran iqtisadi rayo­nun­­da qeyri-ərzaq mal­­larına tələbatın öy­rə­nilməsi prob­lem­lə­ri. / Mingə­çe­vir Politexnik İnstitutu, AMEA İqtisadiyyat İnstitutu, AR İq­ti­sadiyyat və Sənaye Nazirliyi Aran Re­­gional bölməsinin “Dövlətin regi­o­nal siyasətinin reallaşmasında aran iq­tisadi rayonunun rolu: reallıqlar və per­spektiv inkişaf” mövzusunda Res­pub­lika elmi-praktik konfransının ma­terialları, Mingəçevir-2013.

Elmi katib bilməlidir:

- müvafiq elm sahəsinin problemlərini, normativ və qanunvericilik aktlarını, müəssisənin profili üzrə iqtisadiyyatın inkişaf istiqamətlərini, müvafiq bilik sahəsində yerli və xarici elmi nailiyyətləri;

- elmi-tədqiqat işlərinin aparılmasında və tətbiqində təşkilatçılığın, planlaşdırmanın və maliyyələşdirmənin müəyyən olunmuş qaydasını, onların patent təminatını;
- müəllif hüququnun və patentlərin qorunması müddəalarını;
- kadrların kvalifikasiyasının hazırlanmasını və artırılmasını;
- elmi işçilərin attestasiyasının və müsabiqələrin aparılma qaydasını;
- başqa müəssisələrlə və təşkilatlarla birgə işlərin aparılması zamanı müqavilə münasibətlərinin rəsmiləşdirilməsinin hüquqi məsələlərini;
- elmi işlərin aparılmasının və elmi işçilərin fəaliyyətinin təşkili üsullarını;
- əmək qanunvericiliyini.

Vəzifəsi:
- elmi-tədqiqat işlərinin perspektiv illik planları üzrə təkliflərin hazırlanmasına başçılıq etmək, həmçinin universitetin struktur bölmələri tərəfindən aparılan, elmi-tədqiqat işi başqa müəssisəvə təşkilatlarla birgə aparıldıqda isə müştərək elmi-tədqiqat işlərinin mövzuplanlarının koordinasiyasını yerinə yetirmək;
- universitetin fəaliyyətini əks etdirən müəyyən olunmuş mövzu planlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsinə və hesabatların hazırlanmasına nəzarəti təşkil etmək;
- universitetin işinin əsas istiqamətlərinin, həmçinin onun fəaliyyətinin səmərəliliyinin artırılması üçün plan və proqramların işlənməsində, əmək və idarə olunmanın təşkilinin yaxşılaşdırılmasında koordinasiyanı təmin etmək;
- elmi şuranın işplanının layihəsini hazırlamaq, onların yerinə yetirilməsinə və şura tərəfindən qəbul olunmuş qərarların həyata keçirilməsinə nəzarət etmək;
- dissertasiyaların müdafiəsi və elmi adların verilməsi ilə əlaqədar materialları nəzərdən keçirmək;
- elmi işlərin nəşrinə dair təklifləri hazırlamaq, onlara rəy verilməsini təşkil etmək, həmçinin elmi konfransların, seminarların, diskussiyaların aparılmasını təşkil etmək;
- elmi işçilərin vakant vəzifələrinin tutulması üçün müsabiqələrin və attestasiyaların aparılmasını, onların fəaliyyətinin qiymətləndirilməsi meyarlarının və üsullarının işlənməsini təşkil etmək;
- universitetin köməkçi elmi bölmələrinin fəaliyyətini əlaqələndirmək;
- elmi kadrların hazırlanması və kvalifikasiyasının artırılması, elmi işçilərin təcrübə keçməsi üzrə təklifləri hazırlamaq.

Hüquqları: 
- öz kompetensiyasında olan sənədləri imzalamaq;
- universitetin fəaliyyətinin yaxşılaşdırılması üzrə təkliflərini rəhbərliyə təqdim etmək;
- fəaliyyətinin aparılması üçün universitetin struktur bölmələrinin rəhbərlərindən müvafiq məlumatları almaq;
- vəzifələrinin icrasında universitetin rəhbərliyindən yardımetməsini tələb etmək.

Məsuliyyəti: 
- öz vəzifə borcunun yerinə yetirilməməsinə görə elmi katib müvafiq qanunvericilik qarşısında məsuliyyət daşıyır

Yuxarı
  • Developed by: Ayaz Askerov