Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Mətbuat xidməti

Son dəyişiklik:

Mətbuat xidmətinin müdiri:  Əliyev Rasim Əziz oğlu 

20.07.1979-cu ildə     Gəncə şəhərində anadan olub.

1986-cı ildə Gəncə şəhər 20 nömrəli orta məktəbə gedib.

1996-cı ildə orta məktəbi bitirərək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Ümumqoşun fakültəsinə daxil olub. 1997-ci ilin may ayında öz ərizəsi ilə burdakı təhsilini dayandırıb.

1997-ci ilin iyul ayında TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edərək Gəncə Dövlət Universitetinin Mühəndis-pedaqoji fakültəsinə daxil olub. 2001-ci ildə bu ali təhsil ocağının fizika ixtisasını bitirib.

2001-ci ilin iyul ayından 2002-ci ilin iyul ayınadək Ağdam rayonunda həqiqi hərbi xidmətdə olub.

2002-ci ilin sentyabr ayında “Zaman-Azərbaycan” qəzetində bölgə təmsilçisi vəzifəsində işə başlayıb. 2008-ci ilin dekabrınadək ölkənin Qərb (Gəncə), Şimal-Qərb (Şəki) və Şimal (Quba) bölgələrində bu qəzetin təmsilçisi vəzifəsində çalışıb.

2009-cu ilin yanvar ayından 2014-cü ilin may ayınadək Gəncə şəhərindəki “Kəpəz” Müstəqil Teleradio Şirkətində Xəbərlər xidmətinin direktoru vəzifəsində çalışıb.

2007-ci ilin oktyabr ayından başlayaraq “Xəzər” televiziyasının bölgə təmsilçisi vəzifəsini icra edib.

2015-ci ilin avqust ayında Azərbaycan Texnologiya Universitetində İnformasiya xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

2015-ci ilin noyabr ayında Azərbaycan Texnologiya Universitetində aparılan struktur islahatları nəticəsində yeni yaranan İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə vəzifəsinə təyin olunub.

Ailəlidir, 3 övladı var.

Yuxarı
  • Developed by: Ayaz Askerov