Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Elm və xarici əlaqələr mərkəzi

Son dəyişiklik:

 

Mərkəzin direktoru:   Tacəddin Bayramov

       Tacəddin Bayramov Samux rayonunda anadan olmuşdur. 1998-ci ildə Mingəçevir Özəl Türk Liseyinə qəbul olmuş, 2003-cü ildə bu məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 2002-ci ildə Respublika Fənn Olimpiyadalarında kimya fənni üzrə bürünc medala layiq görülmüşdür. Məktəbi bitirdikdən sonra Qafqaz Universitetinin İqtisadiyyat fakultəsinə qəbul olmuş və Maliyyə və Kredit ixtisası üzrə təqaüdlü əsasla bakalavr təhsili almışdır. 2007-ci ildə İndoneziyanın Semarang Dövlət Universitetinə təqaüdlü əsaslarla “Təhsilin İdarə Edilməsi” üzrə magistratura pilləsinə qəbul edilmişdir. Təhsilini başa vurduqdan sonra İndonez və Malay dillərini mükəmməl öyrənib bir müddət orada tədris və müxtəlif şirkətlərdə işləmişdir. 2013-cü ildə Qafqaz Universitetində asistent müəllim olaraq işə başlamışdır. 2014-cü ildə fakultə elmi şurasının qərarı ilə tam ştatlı müəllim təyin edilmişdir. Təhsil Nazirliyi tərəfindən “Kurrikulum təlimçisi” sertifikatı ilə təltif edilmişdir. 2015-ci ildən Azərbaycan Texnologiya Universitetində Xarici Əlaqələr Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Hazırda şöbənin işlərindən əlavə İqtisadiyyat və İdarəetmə fakultəsində tədris ilə də məşğuldur.

 

ELMİ TƏDQİQAT ŞÖBƏSİ

Şöbə müdiri:

Məmmədova Qalibə Rza qızı

   

5 iyul 1962-ci il tarixində Gəncə şəhərində anadan olub. 1984-cü ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra Rusiya Federasiyasının Moskva şəhərinin Dövlət Elmi-Tədqiqat Texnologiya İnstitutunun (ГОСНИТИ) əyani aspiranturasına qəbul olunub. 1990-cı ildə həmin institutda dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Uzun müddət Azərbaycan Dövlət Aqrar Universitetində assistent, baş müəllim və Elm şöbəsinin müdiri vəzifələrində işləyib. Paralel olaraq Gəncə Dövlət Universitetində də fəaliyyət göstərib.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı alıb.

2014-cü ilin fevral ayından Azərbaycan Texnologiya Universitetində yeni yaradılan Elmi tədqiqat şöbəsinin müdiridir.

         Ailəlidir, 1 övladı var.

 

       ATU Türkiyə universitetləri ilə Mevlana Mübadilə Proqramı çərçivəsində əməkdaşlıqla bağlı razılığa gəlmişdir. Universitet öz tələbələrini və müəllim-professor heyətini mübadilə proqramı çərçivəsində Türkiyə universitetlərinə göndərir  və Türkiyə universitetlərindən tələbə və müəllim-professor heyətini qəbul edir. Digər tərəfdən Universitet müxtəlif şirkətlər, qeyri-hökumət təşkilatları və dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıqlar tələbələr və fakültə üzvlərinə dünya təcrübəsindən faydalanmaq üçün çox böyük imkanlar yaradır. Bundan əlavə ATU güclü beynəlxalq əməkdaşlıqlar yaratmaq, öz tələbələri və fakültə üzvlərinin mobilliyini təmin etmək məqsədilə müxtəlif beynəlxalq proqramlara və təşkilatlara qoşulmaq üçün ciddi addımlar atır. Belə proqramlardan biri də ERASMUS proqramıdır.                 

 Əlaqə:

 

Mərkəzin əməkdaşları

  • 1.Məmmədova Ülviyyə - mütəxəssis

  7 may 1990-cı ildə doğulmuşdur. 2008-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Regionşünaslıq (Koreya üzrə) ixtisasına qəbul olmuşdur. 2012-ci ildə bu fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildə Cənubi Koreyanın Decon şəhərində yerləşən Phai Chai universitetində tələbə mübadiləsi proqramı ilə təhsil almışdır. Elə həmin il Songnam şəhərində yerləşən Koreyaşünaslıq Akademiyasında mədəniyyət mübadiləsi proqramında iştirak etmişdir. 2012-ci ildə bakalavr dərəcəsini bitirdikdən sonra magistratura təhsili üçün Cənubi Koreyanın Yonsei Universitetinin Koreyaşünaslıq ixtisasına daxil olmuşdur. Magistratura təhsilinə başlamazdan əvvəl İnçon şəhərində yerləşən İnha universitetində Koreya dili kursu keçmiş, həmin dövrdə bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir.

    2010-2011-ci illərdə KOTRA - Koreya investisiyalarının təşviqi agentliyində, 2011-12-ci illərdə isə Cənubi Koreyanın Securo Co Ltd şirkətində çalışmışdır. 2012-15-ci illərdə Cənubi Koreyada müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmiş, Azərbaycan-Koreya əməkdaşlığı çərçivəsindəki müxtəlif tədbirlərdə fəaliyyət göstərmişdir. 2015-ci ildə Yonsei Universitetinin Koreyaşünaslıq ixtisası üzrə magistr dərəcəsini almışdır. 2016-cı ilin fevral ayından Azərbaycan Texnologiya Universiteti Xarici Əlaqələr şöbəsində fəaliyyət göstərir.

  • 2.Qurbanova İlahə - mütəxəssis

     2009-cu ildə Qafqaz Universitetini ingilis dili ixtisasını fərqlənmə diplomu ilə bitimiş və Gəncə Dövlət Universitetində magistr dərəcəsi almışdır. Beləliklə onun təhsil və iş təcrübəsinə daxildir: İngilis dili üzrə bakalavr və magistr dərəcəsi (fərqlənmə ilə), layihələr və onların həyata keçirilməsi, Azərbaycan-İngilis dili şifahi və yazılı tərcümə.

   İş təcrübəsi çoxdur. Belə ki, o, Gəncə Aqrobiznes Assosasiyasında Proqram və Servis şöbəsində köməkçi, ABŞ Sülh Körpüsündə dil və mədəniyyət vasitəçisi (LCF), “Suleyman Farm Company”-də tərcüməçi, Kaspi Təhsil Mərkəzində müəllim və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1 fevral 2014-cü ildən Azərbaycan Texnologiya Universitetinin Xarici Əlaqələr şöbəsində mütəxəssisdir. Ona yeni və effektiv münasibətlər qurmağa şərait yaradan müxtəlif dillərdə danışmaq qabiliyyəti var. (Azərbaycan, ingilis, türk, rus). Bundan əlavə onun işi asanlaşdırmaq və beynəlxalq donorları işə cəlb etmək bacarıqları var. Asanlıqla əlaqələr qura və onları effektiv davam etdirə bilən yaxşı şəbəkəçidir. Bu texniki qabiliyyətlərlə yanaşı müxtəlif sahələrdən olan insanlarla münasibətlər qura bilməsi, dəyişikliklərin idarəedilməsi qabiliyyəti və komandada işləmə bacarığı ona öz mövqeyində uğur qazanmağa imkan yaradır.

 

 

 

Yuxarı
  • Developed by: Ayaz Askerov