Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

ATU-nun tarixi

ATU-nun tarixi
Son dəyişiklik:

         

 

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılmışdır.
          Azərbaycan Texnologiya İnstitutu Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Şərabçılığın texnologiyası» ixtisasını birləşdirməklə yaradılmışdır.
          Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur.
          Universitetdə hal-hazırda 4 fakültə, 16 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3–iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir.

Universitetdə yeyinti, toxuculuq və yüngül sənaye sahələri üzrə mühəndis –mexaniklər və mühəndis–texnoloqlar hazırlanırlar.
Universitetdə 1983-cü ildən çoxtirajlı «Texnoloq» qəzeti və 2004-cü ildən isə «Elmi xəbərlər» məcmuəsi nəşr olunur.
Universitetdə elmi-tədqiqat işləri əsasən təbiət-texnika, texnika və mühəndis iqtisadiyyatı istiqamətləri üzrə aparılır.
Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini və dövlətçilik siyasətini daha dərindən elmi əsaslarla öyrənmək məqsədilə universitetdə «Heydər Əliyev Məktəbi» fəaliyyət göstərir. Eyni zamanda universitetin tarixini əks etdirən muzey yaradılmışdır.
«Heydər Əliyev Məktəbi»-nin əlaqələndirici şəxsi: Budaqov Hüseyn Tağı oğlu.
Azərbaycan Texnologiya Universiteti 2007-ci ildə attestasiya olunaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin komissiyası tərəfindən akkreditasiyadan keçirilmiş və sertifikat almışdır (sertifikat № 006, 06.06.2007-ci il).

Yuxarı
  • Developed by: Ayaz Askerov