Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Məsul vəzifələrdə çalışanlar

Məsul vəzifələrdə çalışanlar
Son dəyişiklik:

 

 

Yarandığı gündən bəri universitetdə xalq təsərrüfatının müxtəlif sahələri üçün 18000 nəfərdən çox yüksək ixtisaslı kadr hazırlanmışdır. Universitetin bir çox məzunları hazırda respublikamızda məsul vəzifələrdə uğurla çalışırlar.

Gəncə şəhər İcra hakimiyyətinin başçısı  Elmar Vəliyev, İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Quba şəhər İcra hakimiyyətinin başçısı Mübariz Ağayev, Bakı Dəniz Akademiyasının rektoru  texnika elmləri doktoru Rasim Bəşirov, sabiq millət vəkili Rauf Qurbanov, yüngül və yeyinti sənaye sahələrində rəhbər vəzifələrdə çalışmış Nizami Məmmədov, Rakif Məmmədov, Vəkil Məmmədov, Mirsiyab Mehralıyev, Çərkəz Ağayev, Nazim Şirinov, Qətibə Zeynalova,  Elşən İsgəndərov, Məhərrəm Əliyev və başqaları Azərbaycan Texnologiya Uni­versitetinin məzunlarıdır.

Universitetimizin məzunları bu gün respublikamızın müxtəlif müəssisələrində, dövlət orqanlarında işləyirlər. Onlarla əlaqə yaratmağa çalışdıq. Bir neçə nəfərlə bu mümkün oldu. Əlaqə yarada bildiyimiz məzunlar haqqında aşağıda məlumat veririk.

 

  
 
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı
 
 
 
İmişli rayonu İcra Hakimiyyətinin 
başçısı

 

 
  
 
 
Quba Rayon İcra Hakimiyyətinin
başçısı
 
 
  
 
 
Astara Rayonu İcra Hakimiyyətinin
başçısı
 
 
  
 
 
Yevlax Rayonu İcra Hakimiyyətinin
başçısı
 
 

 

Dünyada və respublikamızda geniş şöhrət qazanmış və tanınmış məzunlarımız olmuş sambo üzrə dördqat dünya, Avropa və respublika çempionu Hakim Nəzərəliyev, sambo və cüdo üzrə ikiqat dünya və Avropa çempionu, bir neçə beynəlxalq yarışların qalibi və səkkizqat respublika çempionu Araz Muxtarov, sambo üzrə dünya, Avropa və respublika çempionu Şahmuraz Qasımov, karate üzrə Avropa çempionu, iki dəfə dünya çempionatının mükafatçısı, dünya kubokunun qalibi, ABŞ-ın açıq çempionatının qalibi, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Gəncə şəhər Olimpia İdman Kompleksinin direktoru Sahib Rzayev, kinqboksinq üzrə dünya və Avropa çempionu Maqsud Allahverdiyev, kinqboksinq üzrə bir neçə beynəlxalq yarışların qalibi, qızıl kəmər sahibi, ikiqat Avrasiya və respublika çempionu Fərhad Daşdəmirov, güləş üzrə müxtəlif beynəlxalq yarışların mükafatçısı və respublika çempionu Bəhruz Hüseynov, cüdo üzrə Avropa və respublika çempionu Tural Abbasov, güləş üzrə respublika çempionları Tural Əliyev, Mobil Musayev, Adil Əliyev, kinqboksinq üzrə respublika çempionu Azər Aslanov, dama üzrə respublika çempionu Pərviz Quliyev, boks üzrə respublika çempionu Elnur Rəhimov, armreslinq üzrə respublika çempionu Rəşad Namazov, yüngül atletika üzrə respublika çempionu Ruslan Əliyev, «Neftçi» Bakı, «Kəpəz» Gəncə futbol klublarında və Azərbaycanın yığma komandasında çıxış etmiş «Kəpəz» futbol komandasının baş məşqçisi olmuş Mehman Allahverdiyev, «Neftçi» Bakı futbol klubunda SSRİ və Azərbaycan yığma komandalarında çıxış etmiş Maşallah Əhmədov və Yunis Hüseynov, «Dinamo» Kirovabad (Gəncə ) və «Neftçi» Bakı komandalarında çıxış etmiş Arzu Mirzəyev kimi görkəmli idmançılarla universitet kollektivi haqlı olaraq fəxr edir.

  

Yuxarı
  • Developed by: Ayaz Askerov