Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Elmi-tədqiqat laboratoriyası № 1

Elmi-tədqiqat laboratoriyası № 1
Son dəyişiklik:

 

 

Elmi-tədqiqat laboratoriyası № 1

Ekspres üsullarla qidaməhsullarının və yüngül sənaye mallarının ekspertizası laboratoriyası

Laboratoriya təhsil nazirliyinin 01.03. 2002-dən 121 N-li əmrinə əsasən yaradılmışdır.  Laboratoriyanın yaradılmasında professor,t.e.d. doktoru E.M.Namazovun universitetin elmi şurasına ünvanladığı elmi-tədqiqat mövzusu,həmin mövzuya aid təhsil nazirliyinə təqdim edilən elmlər şurasının qərarı ,Azərbaycan Milli Elmlər Akademiyası İnnovasiya mərkəzinin rəyi əsas qəbul edilmişdir.   Təhsil nazirliyinin laboratoriyanın açılmasına aid qərarında laboratoriyanın fəaliyyəti həmin ilin vahidi ilə on beş mln.manat vəsait ayırıb və universitetin elmi tədqiqat texnikasından istifadə etmək imkanları nəzərdə tutulub. Laboratoriyanın ştat sturukturu laboratoriya müdiri, böyük elmi işçi 2 ştat, böyük mühəndis 1 ştat, baş laborant 1 ştat, laborant 1 ştatdan ibarət olmuşdur.

Laboratoriyanın elmi mövzusunun aktuallığı aşağıdakı idetaya görə əsaslandırılmışdır.

Universitetin elmi və kadr hazırlığı istiqamətində əsas məqsəd yeyinti və yüngül sənaye məsullarının keyfiyyətinin idarə edilməsi sahəsində nəzəri və təcrübi vərdişləri yüksək olan mütəxəsislər yetişdirmək olduğuna görə;

Məhsul keyfiyyətinin ölçülməsində və standartlarının təstiqlənməsində ittifadə edilən klassik fiziki-kimyəvi üsulları measir dövrün tələbatına uyğun yeni texniki vasitələrlə təkmilləşdirmək olmuşdur.

Məhsul keyfiyyətinin idarə edilməsində istifadə olunan fiziki- kimyəvi üsulların təcrübə zamanı çox vaxt aparması, bahalı reaktivlərdən istifadə edilməsi,ölçmə texnikasının mürəkkəbliyi və texnoloji proseslərdə avtomatlaşdırılmanın yalnız lokal səviyyədə olması nəzərə alınaraq laboratoriyanın iş planında daha mütərəqqi üsullardan istifadə etmək nəzərdə tutulmuşdur. Belə üsullardan ən vacibi klassik optik ölçmə cihazlarındaşüa mənbəyi kimi yüksək tezlikli lazer şüaları və optoelektron avtomatika bəndlərindən istifadə etmə ön plana çəkilmişdir.

Laboratoriyanın 2002-2013 tarixində fəaliyyəti zamanı hər bir ilə elmi iş planı müzakirə edilib.müvafiq Universitet qurumunda tətəstiq edilib və nazirliyin elmi şobəsində qeyddən keçirilmişdir.

Təklif olunan elmi üsullar ilə aşağıda göstərilən obyektlərdə məhsulun keyfiyyət göstəriciləri tədqiq olunub və ölçmə texnikası əsaslandırılmışdır.

-Biti və heyvan mənşəli;

-Tamlı qida məhsulları;

-Zülal və karbohidrat tərkibli məhsullar;

-Ekoloji mühitlərdə asılı vəziyyətdə qalan çirkləndiricilərin tədqiqi;

-Texnoloji qazlarda maye və qazların tərkibinə nəzarət;

-Texnoloji proseslərdə istifadə edilən mayalar və maya əvəzedicilərinin keyfiyyətinə nəzarət və s.kimi elmi tədqiqat sahələri geniş öyrənilmişdir.

Yuxarıda göstərilmiş elmi tədqiqat sahələrinin metodikasının və elmi texniki vasitələrini məhsulların molekulyar spektral xasssələrinin eyniləşməsi aparılmışdır və müvafik araşdırmalardan sonra lazer şüalarının dalğa parametrləri seçilmişdir.metodikanın əsas hissəsini şüa mənbəyi ilə molekulyar - spektral məlumatların uzlaşma məsələlərinin həlli təşkil etmişdir.

Laboratoriyanın əməkdaşları

Laboratoriya müdiri: Namazov Emin Mahmud oğlu

baş laborant: Məmmədova Aynurə Ə

elmi işci: Muradova Kəmalə Ə

baş mühəndis: Qəhrəmanova Səidə M

Laboratoriyanın tərkibi:

Texnika elmləri doktoru, aparıcı elmi işçi: 1

Elmlər namizədləri, baş elmi işçilər: 2

Kiçik elmi işçilər: 2

Mühəndis: 1

Laborant: 2

Laboratoriyada yarımkeçirici lazer və şüalanan diodların monoxromatik spektr kimi tətbiqi ilə opto-ölçmə cihazlarının xarakteristikalarının təkmilləşdirilməsinin tədqiqi aparılır.

Tədqiqat nəticəsində müəyən edilmişdir ki, lazer və şüalanan diodların tətbiqi nəticəsində klassik ölçmə optik cihazların texniki quruluşu sadələşir və ölçmə dəqiqliyi kifayət qədər artır.

 

Əlaqə məlumatı:

Telefon: +(99422) 576548,

+(99422) 565476

Yuxarı
  • Developed by: Ayaz Askerov