Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Gəncə

Gəncə
Son dəyişiklik:

Gəncənin yaranma tarixi

 

Город
Гянджа, Ганджа
азерб. Gəncə
Montage of Ganja city 2016.jpg
Герб
Герб
   
Гянджа, Ганджа (Азербайджан)

Dahi Nizaminin vətəni, qədim mədəniyyət abidəsi - Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzündə, Gəncə çayın hər iki sahilində yerləşir. Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış bu şəhər karvan yollarının kəsişməsində yerləşirdi. Burada səyahətçilər dayanır, uzaq ölkələrdən gələn alimlər fikirlərini bölüşürdülər. Zəngin tarixin səhifələrini vərəqləyərkən biz onun hər bir sətrində qədim şəhərin izləri ilə rastlaşırıq, onun səsini eşidir, nəfəsini hiss edirik. Gəncənin şəhər kimi formalaşmasına dair müxtəlif fikirlər var. Bəziləri şəhərin yaranmağını eramızdan əvvəlki dövrə aid edirlər, əksəriyyəti isə - orta əsrlərin əvvəllərinə. Şəhərin tarixindən danışarkən yaddan çıxartmaq lazım deyil ki, o, ictimai-iqtisadi və mədəni mərkəz kimi yaranmışdır. Gəncəni Azərbaycanın digər şəhərləri kimi (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) əlverişli coğrafi yerləşməsinə malik və sonralar şəhərə çevrilmiş yaşayış məskəni kimi nəzərdən keçirmək lazımdır. Gəncənin yaşının sübutu kimi 656-661 illərdə hakimiyyətdə olan Xəlifə Əli ibn Əbutəlibin dövründə yaşamış Comərd qəssabı haqqında olan rəvayətləri və onun türbəsini saymaq olar. O zaman Gəncənin əhalisinin əsasən bütpərəst olmasına baxmayaraq, o, Məhəmməd peyğəmbərin dinini gizli qəbul etmişdir. Kiminsə dinini gizlicə dəyişməsi, hələ o vaxtlar Gəncənin siyasi hakimiyyətinin və nüfuzlu ruhani idarəsinin olmasını və şəhərin artıq formalaşdığını göstərir. Deyilənlərə görə, Comərd qəssab – tərəzi işlətməyən qəssab "Ya Əli" deyərək əti doğrayardı və heç bir sakin ətin əksik gəlməsi barədə şikayət etməmişdir. 

Hələ 40-cı illərdə, arxeoloji qazıntılar zamanı tədqiqatlar belə bir fikrə gəlmişlər ki, Gəncənin ərazisində yaşayış məskəni hələ eramızdan əvvəl var idi. Gəncə toponimik anlamında da həmçinin fikir ayrılığı mövcuddur. Toponim (ərəblərdə - "Cənza", ermənilərdə -"Gaznak", gürcülərdə - "Gəndza") pəhləvi sözü kimi qəbul edilirdi və "xəzinə, məhsul anbarı" mənasını daşıyırdı . Bu izahların heç birinin elmi əsası yoxdur. Bu termin Azərbaycan dilinə məxsusdur. Başqa bir fikrə əsasən, bu termin Gancak tayfasının adı ilə bağlıdır və bu, həqiqətə daha yaxındır. Bu tayfanın mövcud olmasını elm artıq sübuta yetirmişdir. 

     Orta Asiya tarixçiləri sübut etməyə çalışırlar ki, onlar bu tayfanın törəmələridirlər. VII əsrin birinci yarısında Gəncə farslar, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin sonunda şəhər ərəblərə xəzərlər arasında döyüş meydanına çevrilmişdir . "Dərbəndnamə"də qeyd edilir ki, VII əsrin əvvəlində və VIII əsrin əsrdə Azərbaycan ərazisi dəfələrlə yürüşlərə məruz qalmışdı və bunun nəticəsində Gəncə də ziyan çəkib. Arranın paytaxtı olan Bərdə şəhərindən sonra Gəncə beynəlxalq ticarətdə mühüm rol oynamağa başlayır, burada tez-tez karvanlar dayanır. Dövriyyədə ərəb dinarı və dirhəm işlənirdi.

     X əsrdən başlayaraq, yəni Bərdə paytaxt simasını itirəndə, Gəncə ölkənin ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayır. Şəhərin həyatında ticarət və sənətkarlıq mühüm yer tutur. Sənətkarlığın inkişafı üçün burada iqtisadi potensial vardı. Gəncənin yaxınlığında yerləşən dəmir, mis və kvars mədənləri sənətkarları xammalı ilə təmin edirlər. Gəncənin ölkənin paytaxtı kimi formalaşarkən hərbi müqavimətin artırılmasına xüsusi diqqət yetirilirdi. Artıq bu dövrdə qala divarları tikilmiş, onların ətrafında xəndəklər qazılmışdı.

     Bu şəkildə vaxtı ilə əzəmətli və sarsılmaz Gəncə qalasının qalıqları təsvir olunub. Ön planda qalanın cənub-şərq hissəsinin künc və qala divarının qalan hissəsini görmək olar, digər hissə təxminən 600 metrlik məsafədə qırmızı işarələnmiş sahədədir. Qalanın divarı Gəncəçayın axını boyu tikilmişdir. Öz zamanında qala üçün daha bir müdafiə xətti olan çay, bu günlərdə onsuz da uçmuş qala divarlarını daha da yuyub aparır.

 

 IX-X əsrlərdə xilafətin zəifləməsi ilə əlaqədar Azərbaycanda müstəqil Şirvanşahlar, Sacilər, Salarilər, Fəvvadilər feodal dövlətləri yaranmağa başlamışdır. Salarilərin əlində olan Gəncə X əsrin ortalarında Şəddadilərin paytaxtı oldu. I Fədlunun ( 895-1030) dövründə Gəncə daha da möhkəmləndi. Şəddadilər burada qala, saraylar, körpülər, karvansaraylar tikdilər və pul kəsməyə başladılar. Şəhər ətrafında yeni, daha möhkəm qala tikildi. 1063-cü ildə dəmirçi İbrahim Gəncənin məşhur qapısını düzəltdi. Gəncə iri bir mərkəzə çevrilərkən onun ərazisi böyüyür, yeni ticarət və sənaye sahələri yaranır. İpək və ondan hazırlanan məmulatlar nəinki yerli, hətta xarici bazarların alıcılarının diqqətini cəlb edirdi.

    Gəncə həmçinin dini mərkəz hesab olunurdu. Belə ki, alban katalikosunun iqamətgahı Bərdədən Gəncəyə köçürülmüşdü. Qətran Təbrizi bu dövr haqqında belə yazır: "İndi Gəncə cənnət diyarına çevrildi".

      XI əsrin ortalarında Azərbaycan səlcuqların hücumlarına məruz qalmışdır. Təbrizi zəbt etdikdən sonra I Toğrul (1038-1068) 1054-cü ildə Gəncəyə doğru irəlilədi. Gəncə hakimi Şavir Toğrul bəyin vassalı olmağa razılaşdı. O, Toğrul bəyə qiymətli hədiyyə təqdim etdi və onun adına xütbə oxundu. Səlcuqların hücumları kəsilmirdi. XI əsrin 70-ci illərində Şəddadilər hökmdarı III Fədlun müharibə aparmağın mənasızlığını görüb təslim oldu, lakin bir müddətdən sonra əlverişli şəraitdən istifadə edərək yenidən hakimiyyətə qayıtdı. 1086-cı ildə Səlcuq hökmdarı Məlikşah (1072-1092) sərkərdə Buğayı Gəncənin üstünə yolladı. Yerli əhalinin güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhəri zəbt etdilər. Döyüş zamanı Gəncə hökmdarı III Fədlun əsir düşmüş və beləliklə, 100 ildən artıq hökm sürmüş Şəddadilər sülaləsinin hökmdarlığına son qoyulmuşdur. Gəncənin idarəsini Məlikşah öz oğlu Qiyas Əd-din Tapara etibar etdi. Qiyas Əd-din Tapar Sultan (1105-1117) seçildikdən sonra da iqamətgahı Gəncədə yerləşən əsas Səlcuq hökmdarlarından biri idi.

    XII əsrin birinci yarısında Gəncəyə bir neçə dəfə gürcülər hücum etmişlər. Buna cavab olaraq Səlcuq qoşunları Gürcüstana hücum etdilər və onu qarət etdilər. Gəncə ilə bağlı başqa bir hadisə - 25 sentyabr 1139-cu il tarixdə baş vermiş güclü zəlzələdir. Nəticədə Kəpəz dağı uçmuş və təpələrdən axan xırda çayların qarşısını kəsmişdir və göl əmələ gəldi." Müəllif, digər yeddi göl barəsində yazmağı unudub və ya o vaxtı onlar barəsində məlumatı olmayıb. Bunlar təkraredilməz gözəlliyi olan Maralgöl, Ceyrangöl, Ördək gölü, Zəligölü, Ağ göl, Qara göl və Şamlıgöl kimi göllərdir.

  Şəhərin dağılmasından və hökmdarın şəhərdə olmamasından istifadə edərək gürcü feodalları hücum edib, çoxlu qənimət əldə etdilər və Gəncənin məşhur qapısını apardılar. Azərbaycanın maddi mədəniyyət abidəsinin qalıqları nəzarətsiz və yararsız vəziyyətdə indi də Gürcüstan Respublikasının Qelet monastırındadır.

   Uzun-uzadı daxili feodal müharibələr Səlcuq dövlətini zəiflətdi. Bu yerli feodalların güclənməsinə və yeni dövlətlərin yaranmasına şərait yaratdı. Onlardan biri Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə bu dövlətin Arranda mərkəzi oldu. XII əsrin əvvəli və XIII əsri Gəncənin – Atabəylər dövlətinin ikinci paytaxtının çiçəklənmə dövrü adlandırmaq olar, çünki onun məmulatları ölkədən çox uzaqlarda məşhur idi və o, "Arran şəhərlərin anası" səviyyəsinə qalxmışdı. Burada hazırlanan və "Gəncə ipəyi" adlanan parça qonşu ölkələrin və Orta Şərq bazarlarında yüksək qiymətləndirilirdi.

   Sənətkarlıqla bərabər Gəncədə əkinçilik, bağbançılıq və maldarlıq geniş inkişaf etmişdir. Adı məlum olmayan müəllif öz əsərində "Əcaib od-dünya" yazırdı ki, "əhali ilə sıx məskunlaşmış Arranın bu böyük paytaxt şəhəri güclü möhkəmlənmiş qala divarları ilə əhatə olunub. Gəncə ağaclarla dolu idi. Burada hər cür meyvələr var idi. Başqa şəhərlərə atlas, parça, pambıq, ipək və başqa mallar aparırdılar. Əhalisi mərd idi, yaxşı ox atırdı

   Göstərilən dövrdə Gəncə Azərbaycanın mədəni inkişafında mühüm rol oynayıb. Məhz bu şəhərdən çıxmış alim və şairlərin əsərləri bütün dünyada şöhrət qazanmışdır.

   Bu mövqeydən Məshəti Gəncəvinini yaradıcılığını xüsusi ilə qeyd etmək lazımdır. O öz zəmanəsinin dahi şairəsi olduğu üçün xalq arasında böyük nüfuz və hörmətə layiq idi.

   Artıq dünya şöhrəti qazanmış, Azərbaycanın dahi şairi Nizami Gəncəvi, məhz bu dövrdə Gəncədə yaşayıb və yaratmışdır. Onun "Xəmsə" si dünya ədəbiyyatın nadir incilərindən hesab olunur. Bu barədə Bertels yazırdı:"Nizami özünün ilahi sehikarlığı ilə özünü bəşəriyyətə tanıtdırdı".

    XIII əsrin əvvəllərində Azərbaycan monqolların işxalına məruz qaldı. Onlar ilk yürüşləri zamanı (1220) gözəl müdafiə olunmuş Gəncəni tuta bilmədilər. 1225-ci ildə Azərbaycan yenidən Cəlaləddinin yürüşünə məruz qaldı, hansı ki, bir-birinin ardınca Azərbaycanın şəhərlərini işxal etdi, o cümlədən Gəncəni. Bu işxal Atabəylər dövlətinin arutu ilə nəticələndi.

     Cəlaləddinin yerlərdəki mə'murlarının zülmü və azğınlığının nəticəsində 1231-ci ildə Gəncə əhalisi xarici işxalcılara qarşı üsyana qalxdı. Üsyancılar şəhər hakiminin sarayını dağıdıb, bütün əyanları öldürdükdən sonra varlıları bir neçə ay onlara təzminat verməyə məcbür etdilər. Bu üsyan da yatırıldı. Bu üsyanın başcısı sənətkar Bəndər və onun 30 ən fəal silahdaşı ölümə məhkum edildilər(10,32-33). 1231-ci ildə şəhəri mühasirəyə alan monqollar güclü müqavimətə rast gəldilər. Bütün bunlara baxmayaraq, işxalçılar şəhəri tutub, yerli əhaliyə qarşı amansız divan tutub şəhəri qarət etdilər. Şəhər uzun müddət inkişafdan dayandı. Şəhərin bərpası və inkişafı üçün icazə yalnız 1235-ci ildə verildi.

Yuxarı
  • Developed by: Ayaz Askerov