Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi

Son dəyişiklik:
Dekan: VƏLİYEV NAZİM TALIB OĞLU
  1943,iyulun 13 Azərb. Respub.,Tovuz rayonu,Aşağı Eyyublu kəndi 
  Xarkov Aviasiya İnstitutu
  Texnika elmləri namizədi,dosent
   

 

Fakültə 1979-cu ildə Mexanika fakültəsi adı altında yaranıb. Fakültənin ilk dekanı dos. Bayramov Ənvər Rza oğlu olub. O, 1979-1989-cu illərdə bu fakültəyə rəhbərlik edib. 1989-cu ildə prof. Mütəllimov Şəmsəddin Mütəllim oğlu fakültəyə dekan seçilib. O, daha sonra Riyaziyyat kafedrasına müdir seçildiyi üçün bu vəzifədə cəmi 10 ay çalışıb. 1990-cı ildə dos. Məmmədov Vidadi Yusif oğlu fakültəyə dekan seçilib. 1991-ci ilin sonlarında Məmmədov Vidadi Yusif oğlu prorektor vəzifəsinə təyiln edildiyi üçün bu vəzifədən azad edilib.

         1991-ci ilin iyul ayından etibarən fakültə Yeyinti istehsalının mexanika və texnologiyası olaraq adlandırılıb. 1992-ci ilin fevral ayından etibarən dos. Eyyubov Ramazan Əzizxan oğlu fakültəyə dekan seçilib. 1997-2005-ci illərdə fakültənin dekanı prof. Qocayev Tofiq Bayram oğlu olub. 1999-cu ildən fakültənin adı dəyişdirilərək Standartlaşdırma və texnoloji maşınlar olaraq adlandırılıb. 2005-2015-ci illərdə isə fakültəyə dos. Əsgərov Namiq Rza oğlu, sonralar, 2017-ci ilə qədər dos. Musayev Həsən Musa oğlu rəhbərlik edib. 2016-ci ilin yanvar ayında fakültənin adı Mexanika və metallurgiya mühəndisliyi təyin edilmişdir.

         Fakültədə 6 ixtisas üzrə bakalavr hazırlanır:

  1. Çoxişlənən malların texnologiyası mühəndisliyi
  2. Maşın mühəndisliyi
  3. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  4. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi
  5. Metallurgiya mühəndisliyi
  6. Dizayn
Yuxarı
  • Developed by: Ayaz Askerov