Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

QIDA VƏ TEKSTIL MÜHƏNDISLIYI FAKÜLTƏSİ

Son dəyişiklik:
Dekan: Məsim Kazım Оğlu Abadov
  1961 - ci ildə аnаdаn оlub.Qazax şəhər 1 saylı orta məktəbini bitirib.
  Azərbaycan Tехnоlоgiyа İnstitutu
  Qida məhsullarının texnologiyası iхtisаsı
  b.f.d. dosent
  100 dən artıq еlmi-mеtоdiк əsərin, о cümlədən 1 iхtirа, 9 dərs vəsaitinin müəllifidir.

 

 

Fakültə 1979-cu ildə “Yeyinti və yüngül sənayenin texnologiyası”  fakültəsi  kimi fəaliyyətə başlayıb. 1980-ci ildən fakültə “Yeyinti məhsullarının texnologiyası”  adlandırılmış və ilk dekanı dosent Hacıyev Firdus Bədoy oğlu olmuşdur.  1988-ci ildə fakültə iki hissəyə bölünmüş və “Konservləşdirmə və şərabçılığın texnologiyası”, 1999-cu ildən “Qida məhsullarının texnologiyası”, 2003-cü ildən “Qida məhsullarının texnologiyası və turizm” adlandırılmışdır.

Fakültəyə 1990-1997-ci illərdə dosent Rəhimov Namiq Kərəm oğlu, 1997-2005-ci illərdə professor Nəbiyev Əhəd Əli oğlu rəhbərlik etmişlər. Fakültənin sonuncu dekanı dos. Arzu Həsənov 04.08.2015-ci il tarixdə öz ərizəsi olə tutduğu vəzifədən azad olunub.

Fakültədə ilkin olaraq aşağıdakı kafedralar fəaliyyət göstərmişdir:

“Şərabçılığın texnologiyası” - kafedra müdiri, dosent Yusifova Elmira Nadir qızı;

“Konservləşdirmənin texnologiyası” - kafedra müdiri, professor Hüseynov Nadir Məsim oğlu;

“Avtomatika və hesablama texnikası”- kafedra müdiri dosent Əsədov Adil Mehdi oğlu;

“Üzvi və fiziki-kolloid kimya” - kafedra müdiri professor Məmmədov Elman İdris oğlu;

“Fizika” - kafedra müdiri professor Əliyev Bayram Zeynal oğlu

Hal-hazırda fakültədə aşağıdakı istiqamət və ixtisaslar üzrə kadr hazırlanır. Bu ixtisas və istiqamətlər aşağıdakılardır:

1. “Sosial-mədəni sahədə servis” istiqaməti üzrə:

a) Turizm və sosial-mədəni servis xidməti ixtisası.

2. “Turizm və otelçilik” istiqaməti üzrə

a) Otelçilik

b) Turoperator və səyahət agenti fəaliyyəti

c) Restoran biznesi;

d) Müalicə sağlamlaşdırma turizmi.

3. “Qida məhsulları mühəndisliyi” istiqaməti üzrə:

a) Taxıl və taxıl məhsullarının saxlanması və emalı texnologiyası

b) Çörək, bulka, makaron, unlu-qənnadı məmulatlarının texnologiyası

c) Şəkər və şəkərli məhsulların texnologiyası

d) Şərabçılıq məhsullarının texnologiyası

e) Konservləşdirmə və qida konsentratlarının texnologiyası

f) İaşə məhsullarının texnologiyası

4. “Dizayn” istiqaməti üzrə.

Yuxarı
  • Developed by: Ayaz Askerov