Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Abituriyentlər üçün

Abituriyentlər üçün
Son dəyişiklik:

      

 

      Qızıl  medal  və Qram  Pri  mükafatlı   Azərbaycan   Texnologiya  Universitetində  21  ixtisas  üzrə  təhsilin  bakalavr  və  magistr  təhsil  pilləsində  kadr  hazırlığı  aparılır. Universitetin  ixtisaslar  təsnifatı  innovasiyalı  texnologiyaları  istiqamətli  ixtisaslar  hesabına   zənginləşdirilmişdir. Belə ki,  Azərbaycan  Texnologiya  universiteti  informasiya, telekommunikasiya, kompyuter texnologiyaları,  iqtisadiyyat, avtomatlaşdırma, ekologiya, yeyinti  və yüngül sənaye  sahələri  üzrə kadr  hazırlayan  Respublikanın  aparıcı  universitetlərindən  biridir.
         Informasiya, kommunikasiya  texnologiyaları  (İKT)  istiqamətli  mütəxəssis,  eləcə də yüksək  ixtisaslı   menecerlər  hazırlayan  universitetimizin  məzunlarına  dövlət və özəl  sektorda  tələbat  yüksəkdir. Azərbaycan  Texnologiya  Universiteti  sizin  gələcək  karyeranıza  uğurlu  zəmanətdir. Azərbaycan  Texnologiya  Universitetinin  dünyanın  bir  sıra  ölkələrinin  universitetləri  ilə  beynəlxalq  əlaqələri  mövcuddur. Bu  baxımdan  tələbələrimiz  həmin  universitetlərdə  təhsillərini  davam  etdirmək  imkanı  əldə  edirlər.
Azərbaycan   Texnologiya  Universitetində  21  ixtisas  üzrə bakalavr və magistr  təhsil  pilləsi  üçün kadr  hazırlanır.
1.    İnformasiya  texnologiyaları və  sistemləri  mühəndisliyi.
2.    Elektronika,  telekommunikasiya  və radiotexnika  mühəndisliyi.
3.    Kompyuter  mühəndisliyi.
4.    Kompyuter  elmləri.
5.    Proseslərin  avtomatlaşdırılması  mühəndisliyi.
6.    Sənayenin  təşkili  və  idarə  olunması.
7.    Menecment.
8.    Marketinq.
9.    Biznesin  idarə  edilməsi.
10.    Dövlət  və  bələdiyyə  idarəetməsi.
11.    Dizayn.
12.    Ekologiya  mühəndisliyi.
13.    Metallurgiya,  standartlaşdırma  və   sertifikasiya  mühəndisliyi.
14.    Kimya   mühəndisliyi.
15.    Metallurgiya   mühəndisliyi.
16.    Nəqliyyatda  daşımaların  və idarəetmənin  təşkili  mühəndisliyi.
17.    Maşın  mühəndisliyi.
18.     Qida  məhsulları  mühəndisliyi.
19.    Texnoloji  maşın  və  avadanlıqlar  mühəndisliyi (yeyinti  sənayesi  üzrə)
20.     Çoxişlənən  malların  texnologiyası  mühəndisliyi.
21.     Istehlak  mallarının  ekspertizası  və  marketinqi.

Yuxarı
  • Developed by: Ayaz Askerov