Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Tələbə elmi cəmiyyəti

Tələbə Elmi Cəmiyyətinin Əsasnaməsi
Son dəyişiklik:
 
 
 
TEC tədqiqat işi ilə fəal məşğul olan tələbə və magistrların təhsildə və elmdə ümumi maraqlarına əsaslanan ictimai özünüidarə orqanı olaraq, elmin inkişafına xidmət edir. TEC əlaqələndirmə orqanı olaraq fakültələrdə, kafedralarda və laboratoriyalarda tələbə və magistrlərin elmi – tədqiqat işlərinin təşkilini həyata keçirir. Universitetin tələbə və magistrləri TEC – nin üzvü ola bilərlər.
TEC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Texnologiya Universitetinin Nizamnaməsi  və öz Əsasnaməsinə uyğun həyata keçirir.                
TEC – nin fəaliyyətinin əsas məqsədləri:
-  tələbələrin elmi yaradıcılıq təşəbbüslərinin formalaşdırılması;
-  mütəxəssis hazırlığının kefiyyətinin artırılması, tədris olunan fənnlərin dərindən öyrənilməsinin stimullaşdırılması;
-  elmi və elmi pedoqoji kadr ehtiyatının formalaşdırılması;
- yeni biliklərin əsası olan fundamental tədqiqatlara marağın artırılması.
 TEC – nin fəaliyyətinin əsas vəzifələri:
- məqsədlərin həyata keçirilməsi üçün şəraitin yaradılması;
- müvafiq sahədə təcrübəli ekspert və elmi mütəxəssislərlə görüşlər keçirilməsi; 
- tədqiqat fəaliyyəti ilə məşğul olan gənclərin elmi nəticələrini müzakirə etmək üçün elmi seminarların, konfransların və dəyirmi masaların təşkili;
- tələbələrin elmi işlərinin müsabiqələrinin və onların nəşrinin, elmi dərnəklərin və fənn olimpiadalarının təşkili;
elmi tədqiqatların metodikasına dair məşğələlər keçirir;
 TEC aşağıdakı struktur əsasında fəaliyyət göstərir:
1. TEC – nin ilkin struktur vahidi: Universitetin kafedrası nəzdində təşkil olunan tələbə elmi dərnəyidir. Dərnək rəhbəri Fakültə Tələbə Elmi Cəmiyyətinin sədrinə tabedir.
Dərnək rəhbəri:
- TEC iclaslarının təşkilini təmin edi;  
- dərnəyin kontingentini formalaşdırır;
- dərnək üzvlərinin hazırlıq səviyyəsini müəyyən edir;
- tədqiqat mövzularının və ədəbiyyatların seçilməsində dərnək üzvlərinə köməklik göstərir;
- keçirilmiş elmi tədqiqatların metodikası ilə dərnək üzvlərini tanış edir.
- tələbələrin elmi fəaliyyətinə cari nəzarəti həyata keçirir;
- dərnək üzvlərinin ən yaxşı işlərinin seçimini aparır, onların dərc edilməsi və konfranslara, müsabiqələrə göndərilməsini təmin edir;
2. Fakültədə tələbələrin elmi işlərinə cavabdeh olan Fakültə Tələbə Elmi Cəmiyyəti (FTEC) Fakültə Elmi Şuurasının qərarı əsasında təşkil olunur.
3. TEC – nin ümumuniversitet Şurası Universitetin TEC – nin bütün bölmələrinin fəaliyyətini birləşdirir və əlaqələndirir.
4. TEC – nin idarə olunması TEC Şurası tərəfindən həyata keçirilir. TEC şurası FTEC – dən və TEC – nin sədrindən ibarətdir.
5. TEC Şurasının sədri fakültə TEC – lərinin nümayəndələri tərkibindən seçilir.
6. TEC – nin rəhbəri Universitetin Elmi Şurası tərəfindən təklif edilir və Universitetin rektorunun əmri ilə təsdiq edilir.
7. AzTU TEC – nin fəaliyyətinə ümumi rəhbərlik Elmi işlər üzrə prorektor tərəfindən həyata keçirilir.
TEC – nin fəaliyyəti aşağıdakı kimi təşkil olunur:
- TEC – nin ilkin struktur vahidi olan tələbə elmi dərnəyinin fəaliyyəti kafedrada aparılan elmi işlərin istiqamətlərinə uyğun qurulur.
Kafedra öz iclasında:
- dərnəyin rəhbərini, dərnək üzvlərinin siyahısını təsdiq  edir;
- elmi dərnəyin iş planını, tələbələrin elmi istiqamətlərini və fərdi tədqiqat mövzularının təsdiq edir;
-  tələbələrin gördükləri işlərin nəticələri barədə məlumatlar və məruzələr dinlənilir.
         Tədris ilinin sonunda TEC – nin sədri Universitet Elmi Şurası qarşısında hesabat verir
Yuxarı
  • Developed by: Ayaz Askerov