Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Tələbə azad HİK

Tələbə həmkarlar ittifaqı komitəsi
Son dəyişiklik:
 
 
 
- Tələbə həmkarlar ittifaqı komitələri tələbələrin təhsil, məişət, istirahət, müalicə, əmək, idman və s. qanuni hüquqlarını müdafiə edir.
- ali təhsil müəssisəsinin profilinə uyğun yüksək ixtisaslı, dərin savadlı, dünyagörüşlü, vətənpərvər təcrübəli və bacarıqlı kadrların hazırlanmasına səy göstərir;
- tədris intizamına, biliklərin keyfiyyətinin artırılması üçün tələbələri səfərbərliyə alır;
- idman və bədən tərbiyəsi kafedraları ilə birlikdə tələbələr arasında kütləvi idman tədbirləri həyata keçirir, onların fiziki cəhətdən saglam və gümrah olmaları qayğısına qalır;
- ittifaq üzvlərinin təhsili, əməyi, məişəti, istirahəti və müdafiəsi ilə əlaqadar keçirilən tədbirlərdə yaxından iştirak edir, səmərəli təkliflər verir;
- THİK tədris prosesinin təkmilləşdirilməsi, milli ideologiya işlərinin gücləndirilməsi, dərsə davamiyyətin möhkəmlənməsi, asudə vaxtın düzgün və səmərəli edilməsində tələbə fəalların iştirakını təmin edir, yığıncaqlarda, konfraslarda və digər toplantılarda tələbəlrin yaxından iştirakını təmin edir, qeyd etdikləri nöqsan, təklif və iradları rektorluğa çatdırır, onların həllinə nail olur, görülən işlər və qəbul edilən tədbirlər barədə müntəzəm olaraq ittifaq üzvlərinə məlumat verir;
- Tələbə həmkarlar ittifaqı komitəsi təhsil  müəssisələrinin rəhbərliyi ilə birlikdə aşağıdakı məsələləri həll edir:
-   təhsildə və ictimai işlərdə fəal olan tələbələri mükafatlandırır,
- ehtiyacı olan tələbələrə birdəfəlik yardım göstərir;
-    tələbələrə bağlı təhsil müəssisəsinin daxili intizam qaydalarını müzakirə və təsdiq edir;
- intizam qaydalarını pozan tələbələr barəsində müvafiq tədbirlər görür.
  - Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni – kütləvi tədbirlərə nəzərdə tutmuş maliyyə vəasitlarinin və müvafiq smetaların tərtibində,
 - tələbələrin təhsil müəssisələrindən xaric edilməsi ilə əlaqədar məsələləri müzakirəsində və baxılmasında,
 - THİK tədris prosesinin, pedaqoji və digər tərcümələrin, eləcə də asudə vaxtın düzgün və səmərəli təşkili ilə əlaqədar rektorluğa təkliflər verir, ittifaq üzvlərinin səmərələşdirici təkliflərinin qəbul olunmasına səy göstərir
 - THİK təlim – tərbiyə işlərinin keyfiyyətini yaxşılaşdırılması, maddi texniki bazanı gücləndirilməsi, tibbi müayinənin və mədəni tədbirlərin, sosial və iaşə məsələlərin daha yaxşı təşkili ilə əlaqədar təhsil müəssisəsinin rəhbərlərinin hesabatlarını dinləyə bilər.
    Tələbə həmkarlar ittifaqı komitəsi bürokratizmə, süründürməçiliyə, tələbələrin tələblərinə laqeyd münasibət bəsləyən ayrı – ayrı rəhbər kadrlar barəsində ölçü götürülməsinə və onların məsulliyətə cəld edilməsi üçün rektorluq qarşısında məsələ qaldıra bilər.
THİK–in rəyi nəzərə alınmaqla təshil müəssisəsinin balansında olan tələbə şəhərciyinin, yataqxanaların, tələbə klublarının rəhbərliyi təyin olunur.
  - THİK rektorluq və digər təşkilatlarla birlikdə tədris, elm, bədii özfəaliyyət, idman və s. icimai fəaliyyət sahəsi ilə əlaqədar müsabiqə, yarış sual – cavab gecələri keçirir, qaliblərin mükafatlandırılmasına nail olur.
      - THİK tələbələrin elmi dərnəklərə, tələbə elmi cəmiyyətlərinə üzv olmaları, elmi axtarışlarını davam etdirmələri üçün lazımi təşkilatı işləri həyata keçirir.
       - THİK öz nümayəndələrini təhsil müəssisəsinin Elmi Şurasına, təyinat komissiyasına, magistraturaya qəbul və semestr imtahan komissiyalarına, appelyasia komissiyasına, təhsil haqqından azad edilmə komissiyasına, tələbə həyatı ilə əlaqadar təşkil edilmiş digər komissiyalara təklif edir.      
Yuxarı
  • Developed by: Ayaz Askerov