Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Tələbə Gənclər Təşkilatı - ATU TGT-nin sədri

Günel Zirəddin qızı Hüseynzadə
Son dəyişiklik:

27 avqust 1994-cü ildə Bakı şəhərində anadan olub. Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev adına 195 saylı orta məktəbi bitirib. Dəfələrlə məktəblilər arasında keçirilən yarışların qalibi olub.

2014-cü ildə isə “Gəncə ASAN” xidmət mərkəzində  4 ay könüllü fəaliyyət göstərərək I dərəcəli sertifikata layiq görülüb. 2015-ci ildə “Master 2” proqramı çərçivəsində “Kəpəz TV”-də 2 ay müxbir kimi könüllü fəaliyyət göstərib. “Baku 2015” Avropa oyunlarında Heydər Əliyev Arenasında “Time leader” kimi könüllü fəaliyyət göstərib.

2013-cü ildə Azərbaycan Texnologiya Universitetinə daxil olub. I kursdan fəal tələbələr sırasına qoşulub. 2014-ci ilin mart ayından ATU TGT-də ictimai fəaliyyətə başlayıb. 2014-cü ilin sentyabr ayında ATU TGT-nin fakültə sədri, dekabr ayında isə sədr müavini vəzifələrinə seçilib. 2014-cü ilin mart ayından ATU-da,  eləcə də Gəncə şəhərində keçirilən tədbirlərdə fəal iştirak edir.

Gəncə şəhərində keçirilən “Go dans” rəqs müsabiqəsində , Türkiyədə mədən qəzasında həlak olanların xatirəsini təşkil olunan “SOMA” flaşmobunda iştirak edib. ATUnTGT-nin lahiyəsi olan “İnformation security and Kyber word” təlimində, Bakı şəhərində keçirilən “Şəxsi inkişaf” təlimində, ATU TGT-nin “Norkomaniyaya yox” flaşmobunun hazırlanmasında, Gəncə şəhərində keçirilən “NATO”-nun beynəlxalq sülh yaratma proseslərində Azərbaycanın iştirakı” və “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti region və Avropa üçün təhlükə mənbəyidir” mövzularında dəyirmi masalarda, “Debat” yarışlarında, “Məktəbli Parlamenti”nin konfransında, YAP GB-nin təşkil etdiyi “Bədən dili”, “NLP”, “90 saniyədə özünü tap” və “Sosial media” təlimlərində iştirak edib. YAP GB-nin III hesabat seçki konfransına və Gəncə şəhərində GİBİ-nin təşkil etdiyi Xocalı soyqırımına həsr olunmuş tədbirdə çıxış edib. 2014-2015-ci ilin “Ən fəal gənci” seçilərək gənclər və idman naziri A.Rəhimovun, eləcə də ATGTİ-nin sədri S.İsmayılovun imzası ilə diplomla təltif olunmuşdur.     

 
 
 Təşkilatın əsas vəzifələri bunlardır:
 - tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
 - tələbələr arasında maarifləndirmə işinin aparılması;
 - tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
 - tələbələrin hüquqlarının təmin edilməsi;
  - respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda, istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
 - tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqtiv meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
- tələbələrin iştirakı ilə müsabiqələrin, seminaryaların, festivalların, formaların, toplamaların, sərgilərin, aksiyaların, dəyitmi masaların, kütləvi təbliğat kompaniyalarının diskusiya klublarının, müzakirələrin,  simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
- tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai–siyasi, sosial–iqtisadi, və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
- tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
 - tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
- təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam–intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
 - Qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
Yuxarı
  • Developed by: Ayaz Askerov