Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Tədris işləri üzrə prorektor

İsmayılov Vüqar Ağamusa oğlu
Son dəyişiklik:

5 dekabr 1979-cu ildə Göyçay rayonunda anadan olub. 1997-ci ildə orta təhsilini başa vuraraq Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasının əyani şöbəsinə daxil olub. 2001-ci ildə bu fakültəni bakalavr dərəcəsi ilə bitirib. 2001/2003-cü illər arasında eyni fakültənin İdarəetmənin sosiologiyası ixtisası üzrə magistratura təhsili alıb.

2003-cü ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində hərbi xidmətə gedib. 2005-ci ilin aprel ayında hərbi xidməti baş leytenant rütbəsində başa vurub.

2009-cu ildən Qafqaz universitetində İqtisadiyyatın idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi kafedrasında Müəssisələrin təşkili və idarə edilməsi ixtisası üzrə doktorantura təhsili almağa başlayıb. 2013-cü ilin iyun ayının 24-də dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru adını alıb.

2009/2011-ci illərdə “Gənclərin elmi araşdırmalarına dəstək” ictimai birliyində sədrin 1-ci müavini vəzifəsində işləyib.

2011/2014-cü illərdə Qafqaz universitetində Magistratura və doktorantura şöbəsində müdir müavini vəzifəsində işləyib.

2014/2015-ci illərdə Qafqaz universitetində Assistentlərin fəaliyyətini koordinasiya şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanada Qafqaz universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi olub.

2013-2014-cü illərdə Türkiyə Respublikası Təhsil Nazirliyinin layihəsi əsasənda təşkil olunan “Ailə terapiyası” təlim proqramında bir illik distant təhsil alaraq ailə terapevti sertifikatı əldə edib.

Hazırda elmi fəaliyyətini regional idarəetmə, idarəetmənin sosiologiyası və ailə sosiologiyası istiqamətində davam etdirir. Günümüzdə ailə problemləri və onların həlli yolları, ailə-cəmiyyət münasibətləri, eləcə də yerli özünüidarəetmənin təşkili istiqamətləri, idarəetmənin sosial-psixoloji mahiyyəti mövzusunda tədqiqatlar aparır.

25-dən çox elmi məqalə, 2 dərs proqramı və 5 dərs vəsaitinin müəllifidir. 

Ailəlidir, bir övladı var. 

Yuxarı
  • Developed by: Ayaz Askerov