Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

ATU-nun Kitabxana və Nəşriyyat Mərkəzi

ATU-nun Kitabxana və Nəşriyyat Mərkəzi
Son dəyişiklik:

       Azərbaycan Texnologiya Universitetinin kitabxana informasiya mərkəzi Azərbaycanda ali məktəb kitabxanaları sisteminə daxildir və respublikamızda müxtəlif sahələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasına kömək edir.Kitabxana informasiya mərkəzi təlim-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyat və informasiya ilə təmin edən universitetin aparıcı stuktur bölmələrindən biridir.

          1970-ci ildə təşkil edilmiş kitabxana hal-hazırda Kitabxana informasiya mərkəzi adlanır.

        KİM universitetin tədris planları,proqramları və elmi-tədqiqat işlərinin mövzuları ilə tanış olur,universitetin elmi cəmiyyətləri və kafedraları ilə sıx əlaqə saxlayır.

     KİM-in strukturu:

  • 1.müdriyyət
  • 2.komplektləşdirmə,kitabişləmə və fondun təşkili şöbəsi
  • 3.kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
  • 4.oxuculara xidmət şöbəsi
  • 5.abonoment
  • 6.professor-müəllim heyəti üçün oxu zalı
  • 7.tələbələr üçün ümumi oxu zalı
  • 8.elektron resurslar zalı
  • 9.kitabxana-informasiya zalı
  • 10.iqtisadiyyat və idarəetmə fakültəsində oxu zalı
  • 11.internet zalı

     KİM-in 19 nəfər əməkdaşı vardır ki, onların da 15 nəfəri ali təhsillidir:

  • Həsənov Umud İmran oğlu                                                                  direktor
  • Mirzəyeva Şahnaz İlyas qızı                                                                direktor müavini
  • Hüseynov Alim Hüseynqulu oğlu                                                          şöbə müdiri
  • Həsənova Rəna Səfər qızı                                                                    şöbə müdiri
  • Qurbanova Alimə Mustafa  qızı                                                             baş biblioqraf
  • Əhmədova Ləman Nüsrət qızı                                                               aparıcı biblioqraf
  • Qocayeva Aynur Rəsul qızı                                                                  aparıcı biblioqraf 
  • Rzayeva Səkinə Ələsgər qızı                                                               aparıcı kitabxanaçə
  • Əliyeva Ruhiyyə Alyoş qızı                                                                  sistem inzibatşısı
  • Tanırverdiyeva Şəhla Telman qızı                                                          biblioqraf
  • Şirinova Aygün Rafiq qızı                                                                     kitabxanaçı
  • Fərzəliyeva Almaz Heydər qızı                                                             kitabxanaçı
  • Zeynalova Mətanət Malik qızı                                                               baş kitabxanaçı
  • Hüseynova Aysel Aydın qızı                                                                 aparıcı biblioqraf
  • Qasımova Tahirə Xansuvar qızı                                                              kitabxanaçı
  • Əhmədova Nərmin Fəhrad                                                                   İKT üzrə mütəxəssis
  • İslamova Nailə Vidadi qızı                                                                    kitabxanaçı
  • Mehdiyeva Leyla Etibar qızı                                                                 kitabxanaçı
  • İslamova Elnarə İsmayıl qızı                                                                 aparıcı kitabxanaçı

 

     KİM-də fondun yerləşdirilməsi ayrı-ayrı otaqlarda kitabxana qaydası ilə UOT üzrə belə düzülmülmüşdür:

  • Azərbaycan dilində olan əsas tədris ədəbiyyatı fondu;
  • Rus dilində olan tədris ədəbiyyatı fondu;
  • ictimai-siyasi ədəbiyyat fondu;
  • patent ədəbiyyatı və informasiya nəşrləri fondu;
  • qəzet və jurnal fondu;
  • oxu zallarında olan köməkçi fondlar;

   KİM-in fondunda 350000-dən artıq çap vahidi var.Fondu əsasən kitablar,broşuralar,informasiya xarakterli nəşrlər,elmi jurnallar,patent ədəbiyyatı,qəzetlər,mühazirə mətnləri, elektron vəsaitlər təşkil edir.

     KİM-in əsas vəzifəsi oxuculara kitabla xidmət işini mütəşəkkil təşkil etmək,onları günün yenilikləri ilə tanış etməkdir.Bununla yanaşı KİM-in vəzifəsində biri də ölkəmizdə,cəmiyyətdə və dövlətimizin həyatında baş verən yeniliklərlə həmçinin beynəlxalq aləmdə baş verən hadisələr və dəyişikliklərlə oxucuları tanış etmək və məlumatlandırmaqdan ibarətdir.

        Oxucuların sorğularını tam və hərtərəfli ödəmək üçün KİM-dən Kitabxanalar Arası Abonomentdən (KAA),internetdən istifadə edilir.Hal-hazırda KİM-in oxucularının 2449 nəfərdir.KİM-in fondunda olan dərsliklərin dərs vəsaitlərinin,elmi ədəbiyyatının əsas hissəsini məzmunca toxuculuq,yüngül səneye və yeyinti sənayesini,maşınqayırmaya,iqtisadiyyata,ekologiya və b. sahələrə aid rus və Azərbaycan dillərində olan kitablar təşkil edir.

     Bundan başqa KİM fondunda nadir nüsxələr sayıla biləcək kitablar da vardır.

Məsələn:

  • Эмильгардма М.А. "Мужчина и женщина"-С.Петербург,1896
  • Большая Энциклопедия-С.Петербург.1905
  • В.Даль- Толковый словарь-1905
  • Новый энциклопедический словарь-1905
  • Собрание сочинений Шиллера.С.Петербург,1905
  • Н.В.Гоголь.Полное собрание сочинений.М.,1912

     KİM-in müasir məlumat aparatı-kataloq və kartoteka sistemi vardır.

     KİM  vaxtaşırı yeni alınmış kitablar haqqında və müxtəlif mövzular üzrə tövsiyə siyahıları hazırlayıb kafedraları məlumatlandırır.

    Universitet Elmi Şurasının qərarı ilə kitabxana «Texnoloq» qəzeti ilə birlikdə elmlər doktorları haqqında biblioqrafik məlumatlar kitabçaları hazırlayıb çap etdirir.
         KİM-in əlaqələri:
 M.F. Axundov adına Milli  Kitabxana
 Milli Elmlər Akademiyasının əsas kitabxanası
 Bakı Dövlət Universitetinin kitabxanası
 Azərbaycan Dövlət Neft Akademiyasının kitabxanası
 Respublika Elmi-Texniki kitabxanası 
 Moskva, Dövlət Elmi – Texniki Patent kitabxanası
 Moskva, Mərkəzi Politexnik kitabxanası
 Moskva, Rusiya Elmi- Texniki İnformasiya Mərkəzi
 Moskva, Rusiya Dövlət kitabxanası
 Ufa, Başqırdıstan Universitetinin siyasi kitabxanası
 Latviya Dövlət kitabxanası 
 Daşkənd Politexnik Institutunun kitabxanası
 Türkiyə, Trabzon-Qara Dəniz Texniki Universiteti

      KİM-də yenilik:

  KİM-də olan yeniliklərdən ən başlıcası ondan ibarətdir ki, KİM-in elmi-texniki kitabxanaların kompüterləşdirilməsi üçün yaradılmış və MDB məkanında, o cümlədən Azərbaycanda ən geniş istifadə olunan "İRBİS 64 UNİCODE" proqramının son versiyasını əldə etmişdir. İRBİS (Avtomatlaşmış Kitabxana İnformasiya İdarəetmə Sistemi) proqramı bütün tələblərə cavab verir. Bununla bağlı bir neçə kompüter və digər rəqəmsal avadanlıqlar alınmış, lokal şəbəkə yaradılmış və internetə qoşulmuşdur. Kitabxana proseslərinin avtomatlaşdırılması üçün işə başlanmışdır. Artıq "Elektron kataloq"da 3 mindən artıq  məqalənin, 10000-adda  kitabın, 300-ə qədər avtoreferatın biblioqrafik təsviri, 1000-ə qədər oxucunun anket göstəriciləri verilmişdir.

  • Kitabxananın ünvanı:  Azərbaycan Respublikası, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 103
  • Telefon:+(99422)2576540
  • aztun.edu.az
  • E-mail:aztukitab@gmail.com    
Yuxarı
  • Developed by: Ayaz Askerov