Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Elm və Texnika üzrə prorektor

Yusifov Səbuhi Cəbrayıl oğlu
Son dəyişiklik:

13 iyul 1978-ci ildə Qəbələ rayonunda anadan olub. 2000-ci ildə Qafqaz universitetindən Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr dərəcəsi, 2002-ci ildə isə eyni universiıtet və ixtisas üzrə magistr dərəcəsi alıb.

2012-ci ildə AMEA-nın İqtisadiyyat institutunda “'Yerli özünüidarəetmə mühitinin yaxşılaşdırılmasının iqtisadi məsələləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru adı alıb.

2004-cü ildən etibarən Qafqaz universitetində Dövlət və bələdiyyə idarəetməsi kafedrasında laborant müəllim və baş müəllim vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Qafqaz universitetinin Dövlət və bələdiyyə idarəçiliyinin tədqiqatları mərkəzində müdir vəzifəsini icra edib.

2006-cı ildə ABŞ-ın Texas ştatında Şimali Texas Universitetində 2 aylıq tecrübə proqramında iştirak edib. 2012/13-cü illərdə Erasmus Mundus layihəsi çərçivəsındə Çexiya Respublikasında post doktorantura pilləsində mübadilə proqramında iştirak edib.

Bir sıra yerli ve xarici layihələrin iştirakçısı olub. Hazırda Avropa İttifaqının Partnyor ölkələrdə yerli özünüidarəetmə orqanlarının maliyyə üzrə bençmarkinqi layihəsində milli ekspert kimi yer alır. 20-dən çox elmi məqalənin və 3 kitabın müəllifidir.

  1. Ailəlidir, 3 övladı var.

 

Yuxarı
  • Developed by: Ayaz Askerov