Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

İnzibati və Təsərrufat İşləri üzrə prorektor

Tağıyev Adil Arif oğlu

Tağıyev Adil Arif oğlu

03.07.1967-ci ildə Gəncə şəhərində anadan olub.

1984-cü ildə Gəncə şəhər 6 saylı orta məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Texnologiya İnstitutunun (indiki Azərbaycan Texnologiya Universiteti) Yüngül sənaye fakültəsinin Gön-dəri məmulatlarının texnologiyası ixtisasına qəbul olunub. Həmin il həqiqi hərbi xidmətə yollanıb.

1985-87-ci illərdə ordu sıralarında xidmət edib. 1987-ci ildə tərxis olunaraq Azərbaycan Texnologiya İnstitutunda təshilini davam etdirməyə başlayıb. 1992-ci ildə ali təhsilini başa vuraraq mühəndis-texnoloq ixtisasına yiyələnib.

1992-ci ildə təyinatla Bakı şəhərində yerləşən Suraxanı Gön-xırdavat Fabrikinə işə göndərilib. 1996-cı ilə qədər bu müəssisədə texnoloq işləyib. 1996-2005-ci illərdə “Azersun” Holdinqdə işləyib. 2005-2013-cü illərdə biznes fəaliyyəti ilə məşğul olub.

2009-2013-cü illərdə “Kəpəz” PFK-nın direktoru vəzifəsində çalışıb.

2013-2016-cı illərdə tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb.

2016-cı ilin yanvar ayında təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Azərbaycan Texnologiya Universitetində inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Yuxarı
  • Developed by: Ayaz Askerov