Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Tədbirlər

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü
Dərc edən: Admin Tarix: 2015-05-05

Azərbaycan Texnologiya Universitetində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib

Tədbirdə universitetin professor, müəllim və tələbə heyəti iştirak edib. Tədbiri universitetin Tədris işləri üzrə prorektoru Rövşən Əliyev açıq elan edərək, Ulu Öndərin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, ölkənin hər yerində Ümummilli Liderin 92 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər ilə dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində Heydər Əliyev siyasəti gənc nəsilə bir daha çatdırılır.

Universitetin Tərbiyə işləri üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Heydər Əliyevin təhsilə olan diqqət və qayğısından, onun rəhbərliyi dövründə təhsil sahəsinin qazandığı nailiyyətlərdən bəhs edib.

“Qida Məhsullarının Texnologiyası və Turizm” Fakültəsinin dekanı Arzu Həsənova “Heydər Əliyev müasir Azərbaycanın qurucusu” mövzusunda çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqının həyatında, Azərbaycanın bu günündə olan əvəzsiz rolundan danışıb.

Tədbir Ulu Öndərin 92 illik yubileyinə həsr edilən təntənəli konsert proqramı ilə davam edib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov