Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-da Ulu Öndərin anadan olmasının 94 illiyi ilə bağlı tədbir keçirilib
Dərc edən: Admin Tarix: 2017-05-09

Azərbaycan Texnologiya Universitetində (ATU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir təşkil olunub. Tədbirdə Universitetin kollektivi ilə yanaşı qonaqlar da iştirak edib.

ATU-nun rektoru, professor Akif Süleymanov tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş nitq söyləyib. O, qeyd edib ki, Ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü xalqımıza, ölkəmizin inkişafına həsr edib. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verən Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib. Onun qoyduğu irs bu gün də layiqincə qorunur, yaşadılır və inkişaf etdirilir. Heydər Əliyev irsinin, Ümummilli liderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətli olduğundan bu məsələ daim diqqət mərkəzində saxlanılır.

Tədbirdə çıxış edən digər natiqlər də Ümummilli lider Heydər Əliyevin ölkəmizdə dayanıqlı idarəçilik ənənələrinin formalaşması, iqtisadi stabillik modelinin yaradılması, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı və digər çoxşaxəli xidmətlərindən danışıblar.

Ulu öndərin ordu quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında isə  Azərbaycan ordusunun zabiti, kəşfiyyatçı baş leytenant Kamil Musəvi danışıb. Cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən qəhrəman zabit bildirib ki, müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik   Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  Ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ötən ilin aprelində ordumzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları bütün bu deyilənlərin parlaq həqiqət olduğunu sübut etdi.

Tədbirdə Kamil Musəviyə ATU-nun "Fəxri qonağı" adı və tələbələrin çəkdiyi portreti təqdim olunub. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov