Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-da Həmkarlar ittifaqı və Tələbə həmkarlar ittifaqı komitələrinin hesabat-seçki konfransı keçirilib
Dərc edən: Admin Tarix: 2017-05-10

Azərbaycan Texnologiya Universitetində (ATU) Tələbə həmkarlar ittifaqı komitəsinin növbəti hesabat-seçki konfransı keçirilib. Tədbirdə komitənin üzvləri ilə yanaşı ATU-nun rektoru, professor Akif Süleymanov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə də iştirak edib.

Əvvəlcə ATU-nun Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Xudayar Məmmədov təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat verib. Hesabat konfrans iştirakçıları tərəfindən qənaətbəxş qiymətləndirilib.
Sonra Tələbə həmkarlar ittifaqı komitəsinin 13 nəfərlik yeni tərkibi və Təftiş komissiyasının 5 üzvü seçilib. Komitə üzvləri isə təşkilatın sədri vəzifəsinə Rüxsarə Zeynalovanı seçiblər.
ATU Azad həmkarlar ittifaqı komitəsinin IX hesabat-seçki konfransında əvvəlcə təşkilatın Təftiş komissiyasının, sonra isə sədr Nazim Kərimovun hesabatı dinlənilib. Hər iki hesabat komitə üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Sonra açıq səsvermə yolu ilə Azad həmkarlar ittifaqı komitəsinə 9, Təftiş komissiyasına isə 5 nəfər üzv seçilib. Azad həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsinə isə ATU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Xudayar Məmmədov seçilib. O, indiyədək həm də ATU Tələbə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsini icra edib.
Hesabat-seçki konfranslarında iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə hər iki komitənin yeni üzvləri və sədrlərinə fəaliyyətlərində uğurlar arzu edib. 
 
Yuxarı
  • Developed by: Ayaz Askerov