Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU Təhsil Nazirliyinin keçirdiyi sorğuda yüksək göstəricilərlə fərqlənib
Dərc edən: Admin Tarix: 2017-05-10

Təhsil Nazirliyinin sifarişi əsasında Siyasi Texnologiyalar Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən sosioloji sorğunun nəticələri açıqlanıb. Azərbaycan Texnologiya Universiteti (ATU) şəffaflığın təmin edilməsi və neqativ hallarla bağlı vəziyyətin öyrənilməsi məqsədilə təşkil olunan sorğuda yüksək nəticələr əldə edib.

Sosioloji sorğu qış imthan sessiyasınının gedişi zamanı təsadüfi seçmə metoodu ilə imtahan verən tələbələr arasında Siyasi Texnologiyalar Mərkəzinin əməkdaşları tərəfindən aparılıb. ATU-dan sorğuya qatılan 183 nəfərdən yalnız birinin anketi etibarsız hesab edilib.

ATU-nun sorğuda iştirak edən tələbələrinin 75%-i təhsil aldığı müddətdə rüşvət halı ilə qarşılaşmadığını bildirib. “Universitetimizdə rüşvət halları azalıb” deyənlərin faizi isə 71-dən artıq olub. Bu suala I,II,III və IV kurs tələbələri arasında “azalıb” cavabı verənlərin nisbəti isə müvafiq olaraq 64,2%, 76,9%, 79,5% və 70,3% təşkil edib.

Universitetlərdə rüşvət hallarının mövcudıuğu ilə bağlı ünvanlanan suala ATU ilə bağlı neqativ cavab verən respondent sayı cəmi 10 nəfər və ya 5,4% olub. Rüşvətin ən az olduğu universitetlər arasında isə ATU ilk yeri tutub. Tələbələr arasında həmçinin təhsil almaq üçün ATU-nu seçməkdən məmnun qaldıqlarını deyənlər üstünlük təşkil edib. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov