Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Rektor Akif Süleymanov Böyük Britaniyanın “Elmdə ad” ordeninə layiq görülüb
Dərc edən: Admin Tarix: 2017-05-11

Londonda Krallıq Direktorlar İnstitutunun baş rezidensiyasında “ABA Nailiyyətlər – 2016” Beynəlxalq Sokrat mərasimi keçirilib. Forumun iştirakçıları olan Avropa Rektorlar Klubunun üzvləri, Oksford Akademik Birliyinin partnyorları, tanınmış ali təhsil müəssisələrinin rektorları, elm müəssisələrinin rəhbərləri mərasimdə təhsil sahəsində tətbiq olunan ən müasir üsul və vasitələrlə tanış olublar.

Mərasimdə həmçinin Avropa Biznes Assosiasiyasının (ABA) analitik mərkəzinin tədiqaqatlarının nəticələrinə əsasən ATU-nun rektoru, professor Akif Süleymanova "Elmdə ad" fəxri təqdim olunub. O, bu mükafata aşağıdakı fəaliyyət və xidmətlərinə əsasən layiq görülüb.

- Elmi tədqiqatlarının aktuallığı və iqtisadi səmərəliliyi;

- Beynəlxalq tematik simpozium və konfranslarda iştirakı;

- Peşəkar fəaliyyətdə unikal nailiyyətləri;

- Milli elm və təhsilin inkişafında xidmətləri;

- Sosial layihələrə dəstəyi.

Bu münasibətlə Beynəlxalq Sokrat Komitəsi tərfindən laureat üçün hazırlanan ünvanda deyilir: "Hörmətli cənab Süleymanov. Sizin şəxsi bilik və təcrübələriniz universitetinizdə milli elmin inkişafına əhəmiyyətli təsir göstərib. Sizin peşəkarlığınız, bacarıq və məqsədyönlüyünüz nəticəsində bu gün ATU milli və beynəlxalq elm-təhsil ictimaiyyətində layiqli nüfuz qazanıb. Sizin məzunlarınız ən müasir biliklərə malik olmaqla peşə fəaliyyətlərində uğurları ilə fərqlənirlər. Bütün bunları nəzərə alaraq Beynəlxalq Sokrat Komitəsi Sizi “Elmdə ad” fəxri mükafatına layiq görür. Eyni zamanda laureatın adı tanınmış alimlərin dünya reyestrinə daxil edilir. Mükafatı təqdim edən komitənin məqsədi Sizin fəaliyyətinizi Avropa və bütün dünyada tanıtmaq, ictimimaiyyəti elmi fəaliyyətiniz və innovativ nailiyyətləriniz barədə məlumatlandırmaqdır”.

Bildirək ki, "Elmdə ad” kavaler titulunun sahibinə diplom, orden və orden nişanı daxildir. Mavi lent üzərindəki orden nişanına “Dünya elminə töhfələrinə görə” sözləri, ordenə isə Sokratın barelyefi və “Alimə eşq olsun!” sözləri həkk olunub. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov