Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU beynəlxalq arenada uğurlarını davam etdirir
Dərc edən: Admin Tarix: 2017-05-12

Azərbaycan Texnologiya Universiteti (ATU) iki beynəlxalq universitetlər şəbəkəsinə qoşulub. Bunlardan biri Qafqaz Universitetlər Birliyidir. Mərkəzi İstanbul şəhərində yerləşən təşkilat 2009-cu ildə Ardahanda Azərbaycan, Türkiyə və Gürcüstanın 7 universitetinin birgə imzaladığı protokol əsasında yaradıılıb. Hazırda 10 ölkədən 112 universitetin daxil olduğu birliyin əsas məqsədi Qafqaz regionundakı universitetlər vasitəsilə üzv ölkələrin mədəni və tarixi dəyərlərinin təbliği, iqtisadi problemlərin həlli istiqamətində birgə elmi araşdırmalar aparmaqdır. ATU tərəfindən üzvlük məqsədilə Qafqaz Universitetlər Birliyinə ünvanlanan rəsmi müraciətə artıq cavab verilib. Birliyin sədri prfessor Ramazan Korkmazın imzaladığı üzvlük sənədi artıq ATU-ya təqdim olunub.

ATU bununla yanaşı MDB ölkələrinin Universitetlər Şəbəkəsinə də üzvlüklə bağlı müraciət edib. Müraciət müsbət qiymətləndirilib və ATU-nun rəhbərliyi müzakirə üçün Moskva şəhərinə dəvət olunub. MDB ölkələrindən 19 universitetin qoşulduğu şəbəkənin Azərbaycandan tək üzvü hələ ki Bakı Slavyan Universitetidir. ATU ölkəmizi qurumda təmsil edəcək ikinci ali təhsil müəssisəsi olacaq.

ATU-nun başqa bir mühüm yeniliyi elmi nəşrlə bağlıdır. Belə ki, universitetin “Elmi xəbərlər” məcmuəsi Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısına salınıb. Jurnal eyni zamanda beynəlxalq elmi nəşlər sistemində 5 indeksə əlavə edilib. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov