Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Futzal üzrə I ATU kubokuna start verilib
Dərc edən: Admin Tarix: 2017-05-12

Azərbaycan Texnologiya Universitetində (ATU) futzal üzrə daxili birincilik keçirilir. Yarış Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr edilib.

Oyunlardan öncə turnirin açılış mərasimi baş tutub. Rəsmi hissədə çıxış edənlər futbolçulara uğurlar arzu edərək güclünün qalib gəlməsini diləyib. Ardınca dövlət himni səsləndirilib.

I ATU futzal kuboku uğrunda yarışda 18 komanda qüvvəsini sınayır. Turnirdə tələbələrlə yanaşı müəllimlər də çıxış edir. 4 qrupa bölünən komandalar yarışı dairəvi sistem üzrə davam etidirir.

Universitetin İdman zalında keçirilən turnir 2 həftə davam edəcək. Sonda fərqlənən komandalara kubokla yanaşı diplom da təqdim olunacaq. Bundan başqa ən yaxşı oyunçuya xüsusi hədiyyə veriləcək.  

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov