Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

İlqar Əliyev: Tekstil mühəndisini xaricdən gətirmək heç bir fabrik üçün əlverişli deyil, amma yaxşı yerli kadrı tapmayanda buna məcbur oluruq”.
Dərc edən: Admin Tarix: 2017-05-15

Qeyri-neft sektorunun inkişafı fonunda yenidən dirçəliş dövrünü yaşayan müəssisələrdən biri də tekstil fabrikləridir. Hər nə qədər istehlakçı bu barədə məlumatlı olmasa da son illərdə ölkəmizin tekstil sənayesində yeni yaranan və fəaliyyətini bərpa edən müəssiələrin sayı artıb. Bəs görəsən sovet dönəmində yüngül sənayenin aparıcı istiqamətlərindən olmuş, sonradan isə uzun illər durğunluq dövrü yaşamış bu sahənin kadr bazası mövcudluğunu qoruyubmu? Bu sektordakı yeni yaranan və fəaliyyətinin bərpa edən müəssisələrin ixtisaslı kadrla təminatı məsələsində vəziyyətin nə yerdə olması haqqında “Gəncə Tekstil” ASC-nin idarə heyətinin sədri İlqar Əliyev deyir:

“Bu müəssisə 1928-ci ildə açılıb. Qısa müddətli fasiləni nəzərə almasaq 90 ilə yaxındır ki, fəaliyyət göstərir. Hətta bu qədər yaşı olan, özünün formalaşmış ənənələri və mütəxəssis bazası olan bir fabrik belə bu gün tekstil mühəndisi tapmaqda çətinlik çəkir. Onda təsəvvür edin ki, digər fabriklərdə, yeni yaranan müəssisələrdə vəziyyət nə cürdür.

Çətinliyin əsas səbəbi o deyil ki, mühəndis-texnoloq ümumiyyətlə yoxdur. Var, ancaq onların arasında müasir istehsalatın xüsusiyyətlərini bilən və tətbiq etməyi bacaranlar azdır. Belə mütəxəssisləri bu gün çətinliklə də olsa tapırıq. İşimizi yerli mütəxəssislər hesabına qura bilirik. Ancaq uzun illər boyunca biz Türkiyədən gəlmiş istehsalat rəisinə, onun köməkçilərinə külli miqdarda maaş ödəmişik. Artıq onlarla birgə işləmiş, formalaşmış kadrlarımız var. Onlar bu gün işi apara bilir. Ancaq belə mütəxəssislərə daha çox tələbat var. Həm də tək bizdə yox, bütün yüngül sənaye müəssisələrində. İnanın ki, heç bir müəssisə rəhbəri kənardan mütəxəssis cəlb etməkdə maraqlı deyil. Bu heç sərfəli də deyil. Şəxsən biz şərait yaranan kimi öz kadrlarımızla işləməyə başladıq. İnanıram ki, digər tekstil fabrikləri də məcbur olmadıqca kənardan işçi gətirməz. Niyə də öz gənclərimiz, mühəndis-texnoloqlarımız bu işlərdə işləməsin? Niyə o yüksək maaşı kənardan gələn kimsə almalıdır?

Bizim mühəndis-texnoloqla yanaşı yaxşı laboratoriya mütəxəssislərinə də ehtiyacımız var. Gənclər bu sahələr üzrə oxumalı, özlərini yetişdirməlidirlər. Ali təhsil vaxtı mütləq istehsalat müəssisələrində təcrübəyə böyük vaxt ayrımalıdırlar. İndi bu müəssisələrin inkişaf imkanları çox genişdir. Getdikcə ölkəyə idxal olunan yüngül sənaye məhsulları azalacaq, bu fabriklər hazır məhsul çeşidini artıracaq. Məsələn, biz indi ancaq tibbi pambıq və tənzif istehsal edirik. Amma fabrikin imkanları daha genişdir. Hazır məhsul çeşidlərini xeyli artırmaq olar. İstehsalatı genişləndirmək isə birmənalı olaraq mütəxəssis təminatı ilə bağlı məsələdir.

Hazırda qeyri-neft sektorundakı müəssisələrin inkişaf etdirilməsi dövlət siyasətinin əsas hədəflərindəndir. Bu sahə şübhəsiz daha da inkişaf edəcək və daha çox tekstil mühəndisi lazım olacaq. Qoy gənclərimiz bu sahə üzrə oxusunlar. Ən çox işçi lazım olan sahələrə üz tutsunlar. Müasir tələblərə cavab verən tekstil mühəndisi üçün 1000 manat bu gün yüksək maaş sayılmır.” 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov