Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Dosent Rafael Maçanov üçün “Şərəfli təqaüd” adlı tədbir təşkil olunub
Dərc edən: Admin Tarix: 2017-05-16

Azərbaycan Texnologiya Universitetində (ATU) kollektivin qocaman üzvü, 55 illik əmək fəaliyyətini başa vuraraq təqaüdə çıxan rektorun məsləhətçisi, dosent Rafael Maçanovla görüş keçirilib. Universitet rəhbərliyi və professor-müəllim heyəti üzvlərinin iştirak etdiyi “Şərəfli təqaüd” adlı tədbirdə səbəbkarın çoxillik əmək fəaliyyəti və səmərəli xidmətlərinə nəzər salınıb, ünvanına səmimi sözlər, xoş arzular söylənib.

Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov səbəbkarın elmi-pedaqoji fəaliyyəti, universitetin inkişafı naminə gördüyü işlər haqqında danışıb. Rektor qeyd edib ki, 55 illik əmək fəaliyyətinin 45 ilə yaxınını ATU-ya sərf edən R.Maçanov bu illər ərzində müxtəlif vəzifələrdə çalışıb. Hansı vəzifəni daşımasından asılı olmayaraq həmişə əməyini universitetin rifahı, inkişafı və nüfuzunun yüksəldilməsinə sərf edib. Daim əsl alim, pedaqoq və ziyalı mövqeyi ilə fərqlənərək gənc nəslin yetişməsində, peşəkar mütəxəssislərin hazırlanmasında əvəzsiz xidmətlər göstərib. 1971-ci ildə filial kimi fəlaiyyətə başlayan və bu günədək durmadan inkişaf edən ATU-nun həyatının bütün mərhələlərində onun əməyi və izləri hiss olunur.

Daha sonra çıxış edənlər də Rafael Maçanovun ömür yolu və peşə fəaliyytəindən nümunələr danışaraq bir daha onun xidmətlərinə nəzər salıblar. Qeyd olunub ki, belə peşəkar və zəngin təcrübə sahibi birinin bilik və bacarıqlarından faydalanmağa universitetin bu gün də ehtiyacı var.

Sonda rektor, professor Akif Süleymanov dosent Rafael Maçnova universitetin xatirə medalı və xüsusi plaketini təqdim edib.

Tədbirin yekununda çıxış edən R.Maçanov gösətirilən diqqətə, əməyinə və xidmətlərinə verilən yüksək qiymətə görə kollektivə minnətdarlıq edib. O, qeyd edib ki, təqaüdə çıxsa da hər zaman ATU-nun mənafeyi naminə görülən işlərə dəstək verməyə hazırdır. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov