Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-da “Azərbaycan multikulturalizmin beşiyidir” adlı seminar keçirilib
Dərc edən: Admin Tarix: 2017-05-18

Azərbaycan Texnologiya Universitetində Metallurgiya və mexanika mühəndisliyi fakültəsinin təşkilatçığı və 3 ayrı fakültənin iştirakı ilə “Azərbaycan multikulturalizmin beşiyidir” adlı seminar keçirilib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan seminar tələbələrin çıxışı ilə davam etdrilib. Seminarda ATU-nun tələbələrinin 5 fərqli dildə hazırladıqları təqdimatlar dinlənilib. 10 tələbənin iştirakı ilə baş tutan seminarda təqdimatlar Azərbaycan, rus, ingilis, saxur və alman dillərində olub.

Çıxışlar zamanı multikulturalizmin müxtəlif istiqamətlərinə toxunulub. Seminarın keçirilməsinin əsas məqsədi isə Azərbaycanın multikultural bir dövlət olaraq, burada yaşayan müxtəlif xalqlara heç bir irqi, dini, siyasi ayrı-seçkilik qoymadan insanların sülh içərisində yaşaya bilməsi üçün onlara yaratdığı şəraiti bir daha diqqətə çatdırmaq olub.

Sonda tələbələrin apardığı araşdırmalar və çıxışların nəticəsi olaraq bir daha qeyd olunub ki, ölkəmizdə fərqli dini və etnik köklərə malik milli azlıq və azsaylı xalqlar yaşasa da onlar  hər zaman "Azərbaycan" adı çəkiləndə vahid yumruq kimi birlərşi, tək ürək olurlar.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov