Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

ATU-da 28 may Respublika Gününə həsr olunmuş bilik yarışı keçirilib
Dərc edən: Admin Tarix: 2017-05-19

Bu gün Azərbaycan Texnologiya Universitetində (ATU) Davamlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 28 may Respublika Gününə həsr olunmuş bilik yarışı keçirilib. Tədbir  Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Laçının işğal günündə şəhid olanların ruhu  bir dəqiqlik sükutla yad edilib.  Davam İnkişaf Mərkəzinin direktoru Rauf Əmənov iştirakçı tələbələrə uğurlar diləyərək tədbiri açıq elan edib.  Tarix üzrə fəlsəfə doktoru Mehriban Tağıyeva isə 28 May tarixinin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Çıxışlardan sonra tədbirin aparıcısı, Davamlı İnkişaf Mərkəzinin mütəxəssisi İlqar Quliyev yarışın qaydaları və mövzuları barədə iştirakçıları məlumatlandıraraq bilik yarışına start verib. Hər biri 5 nəfərdən ibarət olan 15 komandanın mübarizə apardığı bilik rinqində ölkəmizin dili, ədəbiyyatı, coğrafiyası və şəxsiyyətləri ilə bağlı 50 sual səsləndirilib. Sonda 22 xal toplayan “Ekonomiks” komandası qalib gəlib. 21 xalla “Sarkazm” komandası 2-ci, eyni xalla “Nizamilər” komandası isə 3-cü yerin sahibi olub.

İlk 3 yeri tutan komandaların hər bir üzvünə müvafiq yerlər üzrə diplomlar, Davamlı İnkişaf Mərkəzinin müxtəlif hədiyyələri və kurslarından 15, 20 və 25%lik endirim kuponları təqdim oludub.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov