Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

Xəbərlər

Elmi Şuranın 10 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2017-06-23

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 10 saylı iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Sonra Səminə Abdullayevanı fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə kollektiv adından təbrik edib.

Tədris şöbəsinin müdiri Piri Axundov universitetə qəbul planının vəziyyəti, bu istəqamətdə aparılan təbliğat işləri haqqında məlumat verib. Fakültə dekanlarından Azər Hüseyn Avtomatika, telekommunikasiya və informatika fakültəsinin, Nüşabə Hacıyeva isə İqtisadiyyat və idarəetmə fakültəsinin fəaliyyəti barədə hesabatı Elmi Şura üzvlərinə təqdim edib. Məlumat və hesabatlar bəzi müzakirələrdən sonra qəbul edilib.

Müxtəlif məsələlərin müzakirəsi zamanı tədris işləri üzrə prorektor Vüqar İsmayılov Rektoryanı şuranın yaradılması məsələsini müzakirəyə çıxarıb. Elmi katib Mətanət Əhmədova isə universitetin doktorantı Qurbanova Sevda Oqtay qızının ilkin müdafiəsinin təsdiqini səsverməyə təqdim edib. Hər iki məsələ səs çoxluğu ilə qəbul edilib. Ulduz Babayeva tərəfindən müzakirəyə çıxarılan tədris vəsaitləri də şura üzvləri tərəfindən təsdiq olunub.

Bununla da Elmi Şuranın 10 saylı iclası yekunlaşıb.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov